“Bu şəhərdə”nin prodüseri əməliyyat olunub
Lent.az-ın məlumatına görə onu dərhal xəstəxanaya çatdırıblar. İlkin müayinə zamanı Müşfiq Abbasovun ürəyində problem olduğu üzə çıxıb. Sonrakı müayinələr isə göstərib ki, halının pisləşməsinə ürəyindəki problem yox, öd kisəsinin sıradan çıxması səbəb olub. Mərkəzi Neftçilər Xəstəxanasında təcili əməliyyat olunan Müşfiq Abbasovun ödündəki daş götürülüb. Onun ürəyinə görə müalicə almasına da ehtiyac var.
Prodüser bu gün palataya köçürülüb və vəziyyəti yaxşılığa doğru gedir.
Ramilə Qurbanlı
Prodüser bu gün palataya köçürülüb və vəziyyəti yaxşılığa doğru gedir.
Ramilə Qurbanlı
756