Koreya Respublikasında milli geyimlərimiz, mətbəx nümunələrimiz nümayiş etdirilib
25 aprel 2011 10:40 (UTC +04:00)

Koreya Respublikasında milli geyimlərimiz, mətbəx nümunələrimiz nümayiş etdirilib

Aprelin 22-də Seul şəhərində yerləşən “Rainbow” Beynəlxalq məktəbdə Koreya Respublikasının müxtəlif təhsil qurumlarının təmsilçilərinin və 20-dən artıq əcnəbi ölkə vətəndaşlarının iştirakı ilə “Beynəlxalq Gün” mədəniyyət festivalı keçirilib.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən Lent.az-a verilən məlumata görə, mərasimdə Azərbaycanı Koreya Respublikasındakı səfirliyimiz və Buta Azərbaycan-Koreya Tələbə Təşkilatı ölkəni təmsil edib.

Festivalda Azərbaycan üçün ayrılan hissədə milli geyimlər, mətbəx nümunələri, suvenirlər nümayiş olunub, ölkəmizə dair informativ materiallar paylanıb. Tədbir zamanı Azərbaycanın tarixi, mədəniyyəti və son illər əldə etdiyi iqtisadi nailiyyətlər haqda da tədbir iştirakçılarına məlumat verilib. Geniş auditoriya qarşısında təşkil edilmiş musiqi proqramında isə tələbə Orxan Ləzimov milli alətimiz sazda musiqi nümunələrimizi səsləndirib. Bu, yerli və əcnəbi qonaqlar tərəfindən maraqla qarşılanıb.
# 590

Oxşar yazılar