“M.S.S.- Mən səni sevirəm”
23 aprel 2011 14:16 (UTC +04:00)

“M.S.S.- Mən səni sevirəm”

Lent.az-ın məlumatına görə, “Ərizə” adlı ilk səhnə əsəri hələ 1990-cı ildə Gənc Tamaşaçılar Teatrında oynanılan Əli Əmirlinin 21 ildən sonra yeni pyesinə “M.S.S.- Mən səni sevirəm”ə də bu teatrda quruluş verilib.

Tamaşanın rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirovdur. Müəlliflər tamaşanı lirik komediya kimi təqdim etsələr də, bütövlükdə o, insanın şəxsiyyət kimi formalaşma prosesinə təsir edən ən müxtəlif sosial-mənəvi və əxlaqi məsələləri tam ciddiyyəti ilə qabardan dram təsiri bağışlayır. Əsərin personajlarını məhəbbət, həqiqət, ədalət, vəzifə və vicdan borcu, dostluq-yoldaşlıq kimi daimi dəyərlər düşündürür. Əsərin gənc personajları az vaxt ərzində anlayırlar ki, düzlük, ədalət, mərhəmət, məhəbbət və ən nəhayət haqqın var olması, qorunması üçün yaxşı insan olmaq azdır, həm də mübariz adam olmaq lazımdır.

Əsasında ciddi hadisələr, kəskin konfliktlər, mübarizələrlə zəngin olan tamaşa nikbin sonluqla bitir.

Tamaşada əsas obrazları əməkdar artistlər Qəmər Məmmədova, Leyli Vəliyeva, Kubra Dadaşova, Gülər Nəbiyeva, aktyorlar Günel Məmmədova, Kəmalə Hüseynova, Şəbnəm Hüseynova, İradə Rəşidova, Asya Atakişiyeva, Eşqin Quliyev, Elnur Hüseynov, Sərvər Əliyev, Manaf Dadaşov, Yusif Dadaşov və başqaları ifa edirlər. Növbəti premyera may ayının 7-də olacaq

Xəyalə
# 1090

Oxşar yazılar