Forum iştirakçıları “Küləyin yuxusu”nu izləyəcəklər
07 aprel 2011 18:36 (UTC +04:00)

Forum iştirakçıları “Küləyin yuxusu”nu izləyəcəklər

Lent.az-ın məlumatına görə, II sessiya “Daha mənalı dialoqa doğru: mədəniyyət, incəsənət və irs” mövzusunda olub.

Sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Avropa Şurasının Mədəniyyət və Təbii İrsinin mədəniyyət direktoru Robert Palmer həmsədrlik edib.

Sessiyada mövzuya uyğun olaraq panel iştirakçılar tərəfindən müzakirələr olub.

Sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Avropa Şurasının Mədəniyyət və Təbii İrsinin mədəniyyət direktoru Robert Palmer həmsədrlik edib. Panel iştirakçılar – Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ruslan Abdulatipov, Mərakeşdən yazıçı, fotoqraf Leyla Qandi, Misirdən “Əl Mavrid Əl Təkafi”nin direktoru Basma El Hüseyni, eləcə də Niderlanddan Mekano Arxitektenin direktoru Fransin Jan Huben mövzuya uyğun müzakirələr aparıblar.

Sessiyada çıxış edən TÜRKSOY təşkilatının baş katibi Düseyn Kaseinov Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsindən razılığını dilə gətirib: “Bu tədbirin təşkilində şəxsən iştirak edən Azərbaycan dövlət başçısı İlham Əliyevə TÜRKSOY adından şəxsən təşəkkür edirəm. Bu forum ölkələr arasında barış və dostluğa çağırışdı. Bu isə sözsüz ki, insanlıqdan xəbər verir”.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Şeney Başar da öz növbəsində qardaş ölkəyə belə bir mötəbər tədbiri təşkil etdiyinə görə təşəkkürünü bildirib.

Sessiya başa çatdıqdan sonra forum iştirakçıları Heydər Əliyev Sarayında nümayiş olunacaq Azərbaycan və Litva ifaçılarının birgə çıxış etdiyi “Küləyin yuxusu” tamaşasını izləyəcəklər.

Qeyd edək ki, Azərbaycan paytaxtında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sabah öz işini davam etdirəcək. Forumun üçüncü sessiyası “Qadınlar-mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda olacaq.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar