Ziya Şıxlinskinin “Foto rəssam” filmi hazırdır
Rejissor Lent.az-a bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi “Foto rəssam” filmi Parisdə yaşayan əslən İrandan olan azərbaycanlı Rza Deqatiyə həsr olunub. “Foto rəssam” filminin Novruz bayramına həsr olunmuş premyerasına onun qəhrəmanı – “sərhədsiz fotoreportyor” Rza Deqatinin özü də qatılmaq niyyətindədir.
Qeyd edək ki, dünyanın 110-dan çox ölkəsində olmuş fotojurnalist müxtəlif qaynaq nöqtələrdən, o cümlədən Azərbaycan, Əfqanıstan, Ruanda, İran və Sarayevodan fotoreportajları ilə tanınır. O, Roma Papasının, budda kahinlərinin şəkillərini çəkib.
Rza Deqati Azərbaycan tarixinin ən faciəli günlərində ölkəmizdə olub, Xocalı soyqırımını, 20 Yanvar faciəsini fotoşəkillərdə əbədiləşdirib. Paris metro stansiyalarından birini onun böyük fotoəsəri bəzəyir. Sonuncu reportajlarının səsi hazırda inqilab dalğasına bürünmüş Qahirədən və digər ərəb ölkələrindən gəlir.
Xəyalə

778