Firəngiz Əlizadə X Beynəlxalq Motsart Müsabiqəsində münsif olub
İttifaqın mətbuat katibi İltifat Hacıxanoğlu Lent.az-a bildirib ki, dahi avstriyalı bəstəkar Volfqanq Amadeus Motsartın 255 illiyinə həsr edilən Zalsburqun “Mozarteum” konsert salonunda təşkil olunan müsabiqədə dünyanın müxtəlif ölkəsindən 32 yaşadək olan gənc musiqiçilər 4 – violonçel, skripka, piano və bəstəkarlıq kateqoriyalarında məharətlərini göstəriblər. “Mozarteum” Universitetinin rektoru Reynhart fon Qutzaytın rəhbərlik etdiyi münsiflər heyətində Pavel Qililov, Pol Qulda, Robert Levin, Jan Bernard Pomiye, Mariya Tipo, Fu Sonq kimi dünyanın sayılıb-seçilən musiqiçiləri yer alıb. Berlin İncəsənət Akademiyasının nümayəndəsi kimi müsabiqəyə qatılan Firəngiz Əlizadə müsabiqə iştirakçılarının sənət göstəricilərini həm bəstəkar kimi, həm də müasir musiqi ifaçılığı üzrə ekspert kimi qiymətləndirib. Bundan başqa, Firəngiz xanımın əsəri skripkaçıların yarışmasında proqrama salınıb. Bu kateqoriyada yarışanlar ikinci turda F.Əlizadənin “Dastan” əsərini ifa ediblər.
Qeyd edək ki, pianoçuların müsabiqəsində italiyalı, 23 yaşlı Federiko Kolli 1-ci yerə layiq görülərək, “Qran-pri” diplomu ilə təltif olunub. Koreyalı Çi Xe Çun 2-ci yerə, çinli Ksi O Şi Vu isə 3-cü yerə layiq görülüblər. Yubiley müsabiqəsinin təşkilat komitəsi qaliblər üçün dünya turnesini təşkil edəcək.
Bəstəkarların müsabiqəsində isə Vyana təmsilçisi 23 yaşlı Poul Qoldmayer 3 turdan ibarət yarışmanı uğurla başa vuraraq “Qran pri”ni qazanıb. Poul Qoldmayer, həmçinin gələn il keçiriləcək müsabiqə üçün yeni əsər bəstələmək sifarişini alıb.
Xəyalə

Oxşar yazılar

Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37
Prezidentdən Arif Babayevlə bağlı SƏRƏNCAM
8 may 2025 , 13:05
"Azercell"in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib
8 may 2025 , 12:34