“Qəbirlərdən birində meyiti qılıncı ilə birlikdə basdırmışdılar...” - REPORTAJ
Arxeoloji qazıntılarla bağlı layihəmizin sonuncu pənah yeri Ağcabədi rayonudur. Rayonda məni köhnə dostum və ağcabədili ziyalımız Aqil Abbasın qohumu olması ilə utana-utana fəxr eləyən Rəşad qarşıladı. Bunu mütləq qeyd eləməliyəm ki, Rəşada zəng eləyib, mənə bələdçilik eləməsini xahiş edəndə düşünürdüm ki, o, indi rayonda hansısa dəxli olmayan bir ədəbi qurum yaradıb, başını girləyən avara şairdir. Necə ki, hamımız onu elə tanıyırdıq. Amma məni rayonda BMV markalı maşınla, boynu bənövşəyi qalstuklu, babat qarın bağlamış bir cavan məmur oğlan qarşıladı – sonradan məlum oldu ki, bu elə dostum Rəşadın özüdür və bu azmış kimi, o hazırda Ağcabədi rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdirfason bir şeyidir. Hələ bütün bunlar azmış kimi, belə ağırçəkili dostum məni rəsmi nümayəndə qismində, rəsmi ezamiyyətə gəlmiş jurnalisti qarşılayan təhər qarşılayır.
İşə keçmədik? Rəsmi yemək, rəsmi çay dəsgahı, muğam evinin qarşısında rəsmi səhər yeməyi... mən bu hallara düşəcək adammıyam? Bircə bu qalmışdı ki, muğam ustalarını mənimlə görüşə gətirələr. Nə isə. Biz keçək əsas məsələyə.
Ağcabədiyə varar-varmaz məlum oldu ki, rayonda qazıntı aparan ekspedisiya artıq bir neçə gündür ki, işini yekunlaşdırıb, şəhərə qayıdıb. Vəziyyət mən düşündüyümdən də faciəvi idi. Axırda uzun-uzadı düşünüb-daşınandan sonra çıxış yolunu onda tapdım ki, gedib hadisə yerinə baxım, oradan bir neçə şəkil çəkim. Arxeoloqları isə paytaxtda tapıb, danışdırım.
Qazıntılar rayonun Salmanbəyli kəndi yaxınlığında yerləşən Qalatəpə adlanan yerdə aparılırmış. Biz Rəşadla Salmanbəylini asanca tapsaq da, deyilənə görə kəndin lap yaxınlığında yerləşən təpəni bir türlü tapa bilmədik. Eyni kəndin adamları hərəsi bizə tamamilə başqa istiqamətləri göstərirdilər, biz də başımızı aşağı salıb, quzu balası təki ora yol aldığımızdan, dəxli olmayan yerlərə gedib çıxırdıq. Qalatəpəni tapınca bəlkə yüzlərlə çoban yatağı gördük, məhsulu sovulmuş yüzlərlə taxıl tarlası keçdik. Bir də onda ayıldıq ki, nə arxada, nə qarşıda təpə nədi, ümumiyyətlə, yaşayış yerini xatırladan heç bir şey görünmür. Göz işlədkcə düzəngahdır, vəssalam.
Əlacımız ona qaldı ki, kilometrlərlə toz-torpaqlı, yolu geri qayıdıb, kəndin icra nümayəndəliyinə müraciət edək, oradan özümüzlə bələdçi götürək. Kənd icra nümayəndəsinin köməkçisi bizi aparıb, kənddən cəmi bir-iki kilometr aralıda yerləşən təpəyə çıxardıqda yolun belə yaxın olduğunu görəndə tüstümüz təpəmizdən çıxdı. Əsas məsələ bu idi ki, təpəyə axır ki, gəlib çıxmışdıq.
Demə, televiziya, mətbuat burada qədim şəhər tapılmağı barədə boş yerə bar-bar bağırmırmış. Dörd tərəf çiy kərpicdən divarlar idi. bələdçimiz bizə deyəndə ki, ekspedisiya rəhbəri Təvəkkül müəllim bu şəhəri eramızdan da o yana keçən əsrlərə aid eləyir, lap məəttəl qalmalı idi – çiy kərpiclərin minilliklər boyu ovulub-tökülməməsi ağla batan şeyə oxşamır axı! Özü də divarları elə bil bir-iki il əvvəl hörmüsən.
Arxeoloqların tərk etdikləri qərargahlarında elə bu günlərdəcə buranın çal-çağırlı bir yer olduğunu bildirən şeylər gözə girirdi – bir azca əyilmiş qamış çardaq, siqaret kötükləri, arxeoloqların lazımsız bilib, özləri ilə aparmadıqları qənimətlərin qır-qırıntısı. Bir yerdə bu qırıntılar hətta iki iri qalaqlara vurulmuşdu.
Başqa əlac yox. Gün yarım Ağcabədidə nazımla oynayan, dediyim hər şeyi üzüyola uşaq kimi yerinə yetirən dostuma təşəkkür eləyib, şəhərə qayıtmalı idim...
Təvəkkül müəllimin telefon nömrəsini öyrənib, müsahibə verməsini xahiş elədim. Məmnuniyyətlə razı olub, məni evinə dəvət elədi. İş otağına girəndə Ağcabədidə elə də çox şey itirmədiyimi anladım. Qazıntılar zamanı torpağın altından çıxan bütün arxeoloji qənimətlər burada idi – irili-xırdalı saxsı qablar, dəmir və başqa məmulatlardan olan bəzək əşyaları, sümüklər, muncuqlar və s. hamısı də səliqə ilə divarın dibinə, iş masasının üzərindəki ağ vərəqlərin üstünə düzülmüşdü. Masanın mərkəzində isə iri böyüdücü şüşənin altında Təvəkkül müəllimin vacib tarixi əhəmiyyətini dəfələrlə vurğuladığı, üzərində Roma imperiyasına məxsusluğunu göstərən təsvir olan bürünc pul vardı. Tapıntıların hamısının ya altında, ya üzərində bu əşyanın tapıldığı yeri, adı, ölçüləri qeyd olunmuş kiçik kağız parçalar gözə dəyirdi.
Söhbətə başlamazdan əvvəl Təvəkkül müəllim öz işindən, arxeologiyaya bağlılığından xeli danışdı. Dedi ki, dəfələrlə ona daha gəlirli, daha rahat iş təklif ediblər. Amma hər dəfə razılaşandan sonra gecə uzunu düşünəndə ki, daha onun həyatında çöl, qazıntılar olmayacaq, vaz keçib və sevimli işini davam elətdirib. Yeri gəlmişkən, Təvəkkül Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisidir.
Və biz aradabir hansısa arxeoloji qəniməti əlimizə götürüb, uzun-uzadı baxa-baxa söhbətimizə başladıq.
- Təvəkkül müəllim, Ağcabədidə aparılan qazıntıların mahiyyətinə, qazıntı prosesinə, nəticələrə keçməzdən əvvəl bir sual vermək istəyirəm. Arxeoloqlar niyə belə ünsiyyətcil olur?
- (Təbəssümlə) Yəqin bu ondan irəli gəlir ki, biz arxeoloqlar çöl adamlarıyıq. Çöl adamlarının əksəriyyəti danışmağa həvəsli, mehriban olur. Axı bizim üçün hamı təzə adamdır, maraqlıdır.
- Yaxşı, keçək əsas məsələyə. Hər şey necə başladı?
- İki il bundan əvvəl Ağcabədidəki Qalatəpə adlanan yerdə arxeoloji tədqiqata başladıq. Bu il isə qazıntılar öz nəticəsini verdi. Qazıntılar zamanı məlum oldu ki, biz güman elədiyimiz kimi, Qalatərə doğrudan da antik və orta əsrlərdə möhtəşəm bir yaşayış məskəni olub. Biz oradan böyük bir şəhərin qalıqlarını tapdıq. Azərbaycanın şimalında ilk dövlət olan Qafqaz Albaniyasının 33-ə yaxın şəhəri olduğu bizə məlum idi. Bunu hətta yunan, Roma tarixçiləri təsdiq edir. Amma həmin şəhərlərdən cəmi bir neçəsi - Qəbələ, Şamaxı bizə məlumdur. Onları öyrənmişik, tədqiqat aparmışıq. Yerdə qalan onlarla şəhər haqda məlumatımız yoxdur. Bu isə həmin dövrün tam açılmasına imkan vermir. Bu baxımdan Qafqaz Albaniyasına aid yeni bir şəhərin aşkarlanması çox böyük nailiyyətdir. Və bu hələ gələcəkdə hələ nə qədər sirrin açılmasına kömək eləyəcək.
- Bu şəhərin özəllikləri nədir?
- Əsas özəlliyi odur ki, elə bil kimlərsə Qalatəpədə böyük bir şəhəri konservasiya eləyib, üstünü torpaqla örtüb və iki mindən artıq yaşı olan bir şəhəri olduğu kimi saxlayıb.
- Şəhər dəqiq hansı dövrə aiddir?
- Üst təbəqə – təxminən 70 santimetr 13-14-cü əsrlərə aiddir. Monqolların yürüşündən sonra burada həyat dayanıb. Amma ondan altda olan, yəni antik təbəqə eramızdan əvvəl üçüncü əsrdən hətta daha erkən dövrləri - 3-5-ci əsrləri əhatə edir. Bunu ayrı-ayrı maddi mədəniyyət nümunələri - saxsı, keramika qalıqları, sümüklər, daş əmək alətləri deyil, çox gözəl inşa olunmuş çiy kərpicdən tikilmiş iri binaların qalıqları göstərir. Belə binaların 56 kvadratmetr olan bir ərazisini açmışıq. Bu, böyük bir ictimai binadır. Kvadrat şəkillidir. Bina çox iri, saman qarışığı olan çiy kərpiclərdən inşa olunub. Hətta divarlardan birində bir 32 cərgəni aşkar eləmşik ki, bunlar palçıqla bir-birinə bənd olunub. Builki qazıntılar sayəsində biz daha bir küçə aşkar elədik. Bura tam mənasında küçə demək olar. Divarlar hər iki tərəfdən çiy kərpiclə hörülüb. Küçə ilə irəlilədikcə bugünkü İçərişəhərin dar küçələri yada düşür. Biz belə hesab edirik ki, açdığımız hissə qədim alban şəhərinin “akropol” yəni yuxarı hissəsidir. Burada ictimai binalar, tikililər inşa olunub. Məncə, biz bu hissəni tam aça biləcəyik.
- Tapıntılarınız əsasən nədən ibarətdir?
- Bayaq dediyim kimi, çoxlu saxsı və keramika nümunələri, sümük, daş əmək alətləri tapmışıq. Keramika nümunələrinin əksəriyyətinin üzərində qırmızı boyadan zolaqlar, naxışlar var. Alt təbəqələrdən əsasən daş əmək alətləri çıxdı. Biz sonradan Qalatəpə yaşayış məskəninin “nekropol” yəni aşağı tərəfinə də nəzər yetirməyi qərara aldıq. Şəhərin “nekropol”u haradasa 150-200 metr şərqdə yerləşir. Nekropolnan şəhər yerini bir yarğan ayırır. Həmin sahədə də biz qazıntı apardıq. Buradan dörd dənə küp qəbir tapdıq. Bu küp qəbirlərin yanında da daha bir sallama qəbir, yəni açıq qəbir aşkar elədik. Həmin küp qəbirlərin ətrafında çoxlu məişət, bəzək əşyaları tapmışıq.
- Bunlar nə üçündür?
- Qədim insanlar o biri dünyada bu kimi şeylərdən yararlanacaqlarını düşünürdülər. Ona görə də kimsə öləndə onun üçün axirətdə istifadə etməyə məişət əşyaları qoyurdular.
- Bəs, bəzək əşyaları nədən xəbər verir?
- Bəzək əşyaları böyük ehtimalla bu qəbirlərin qadınlara məxsus olduğundan xəbər verir. Bunu bəzi küplərin digərlərinə nisbətən daha xırda ölçülü olması da təsdiqləyir. Hətta küp qəbirlərdən biri o qədər xırda idi ki, biz bunun uşaq qəbri olduğunu düşünürük. Amma qəbirdən çıxan çoxlu sayda bəzək əşyaları, məsələn, bax, bu yaxa sancağı, bu şüşə qaşlı üzük burada qadın basdırıldığını güman etməyə əsas verir.
(Təvəkkül müəllimin göstərdiyi üzüyü barmağıma taxmağa cəhd eləyirəm. Çeçələ barmağıma da taxa bilmirəm – ölçüsü çox xırdadır)
- Ola bilərmi ki, bu qəbir yeniyetmə qız qəbri olsun?
- Məntiq var. Ola bilər. Qəbirlərdən birində isə meyiti qılıncı ilə birlikdə basdırmışdılar. Bu qəbrin döyüşçü qəbri olduğunu düşünürük. Sallama qəbirdən isə biz tapıntıların içərisində ən vacib tarixi əhəmiyyəti olan bu şüşə ətir qabını tapdıq. Onun yaxınlığında isə bürünc pul tapdıq – üzərində Roma dövrünə aid təsvir var. Maraqlıdır ki, bu pulu uzun zaman bəzək əşyası kimi istifadə eləyiblər. Çünki yuxarı hissəsində deşik var və pul xeyli ovallaşıb. Həmin qəbirdən tapılan qolbaqlar, sancaqlar, digər bəzək əşyaları bu sallama qəbrin eranın 100-cü ilinə aid olduğunu göstərir. Bu qəbrin küp qəbirlərdən üstdə yerləşməsi isə bunu göstərir ki, küp qəbirlər daha qədimdir. Yəni haradasa eradan əvvəl 3-1-ci əsrlərə aiddir. Sizə bir şey də deyim ki, arxeologiya böyük səbr tələb eləyən bir işdir. Torpağın altından nəsə tapmaq, hələ hər şeyi həll eləmir. Əsas iş budu ki, onun üzərində uzun müddət işləyəsən, uzun-uzadı tədqiqatlar aparasan. Materialları bir-bir işləmək, elmi məqalələr yazmaq, elmi jurnallarda yaymaq, tapıntını, onun mahiyyətini, əhəmiyyətini işıqlandırmaq lazımdır. Yoxsa ki, bir də görürsən qalaq-qalaq tapıntılar çıxarılır, yeşiklərə doldurulur, hansısa fondlara, muzeylərə təhvil verilir. Bu – arxeoloji qazıntını öldürməkdir.
- Burada kağızın üstünə onlarla xırda zınqırovlar düzmüsünüz. Həmin dövrdə bunların funksiyası nə olub?
- Zınqırovlar antik dövrdə ən geniş yayılmış bəzək əşyalarından biri olub. Görürsünüz ki, bunlar müxtəlif ölçülərdədir. Boyundan asılmaq üçün olanları var, qol bəzəkləri var. Bu da həmin dövrün insanlarının incəsənətə, miniatür sənətinə böyük maraq göstərməyini bildirir. Hələ bu zolaqlı saxsı qabı görürsünüz? Biz onu yerdən elə çıxarmışıq ki, ona xırdaca bir zədə də dəyməyib. Bu qab o qədər gözəldir ki, məncə nadir eksponat kimi Tarix muzeyimizi bəzəyə bilər. Bu qabı iyirmi kilometrdən də artıq bir yolboyu qucağımızda gətirmişik ki, birdən sınıb, eləyər. Hələ onu deyim ki, bu qabı rayondan çıxarana qədər neçə adam ona müştəri çıxıb. hamı ya deyirdi ki, onu mənə satın, ya deyirdi, bağışlayın. Heç kimə anlatmaq olmur ki, bu qabı evdə saxlamaqla onu tarixi eksponat kimi öldürərik, bunun yeri muzeydir.
- Ümumiyyətlə, bu tapıntıların aqibəti necə olacaq?
- Biz tədqiqatımızı bitirənə qədər yanımızda qalacaq. Tədqiqat bitəndən sonra isə bu əşyaları bir neçə istiqamətə böləcəyik. Elə şeylər var ki, bir nüsxədir. Təbii ki, onları Tarix muzeyinə təhvil verməyi düşünürəm. Amma yelə şeylər var ki, ondan bir neçəsini tapmışıq. Hətta sayca 10-u keçən eksponatlar da var. Düşünürəm ki, onların paralellərini qazıntılar apardığımız yerin rayon-diyarşünaslıq muzeyinə verməyimiz çox yaxşı olar. Qoy, rayon ictimaiyyəti də buradakı tapıntılardan, bölgənin tarixindən xəbər tutsun. Hətta fikrimiz var ki, gələn il, qazıntılar yekunlaşanda rayonda açıq bir sərgi keçirək və tapıntılarımızın hamısını rayon camaatına göstərək. Amma təbii ki, bütün bunların hamısı arxeoloji laboratoriyadan keçməlidir.
- Qazıntılar zamanı yerli əhali ilə əməkdaşlıq eləyirdiniz?
- Əlbəttə. Yerli əhali burada aparılan qazıntılara böyük maraq göstərirdi. Rayonun rəsmi nümayəndələri başda olmaqla, yerli əhalinin, xüsusilə qazıntıların aparıldığı kəndin əhalisi dəfələrlə qazıntı yerinə gəldi. Hətta qonşu rayondan tarix müəllimləri də gəlirdi. Elələri vardı, deyirdi ki, evdə qoca anam var, ayaqları tutulub, bura qədər gələ bilmir amma deyir ki, maşın tutub onu bura gətirək. Uşaqdan böyüyə hamı qazıntılarla maraqlanırdı. Axın-axın kənd camaatı gəlirdi. Düzdü, bəzən bu qədər adamın bura toplaşmağı iş prosesinə mane olurdu. Amma yenə də yerli əhalinin qazıntılara belə marağı bizi sevindirirdi. İşdən sonra çoxu bizi evinə yeməyə, çay içməyə dəvət eləyirdi. Düzdü, çox vaxt biz işdən sonra yorğun, toz-torpaqlı halda olduğumuz üçün getməyə utanırdıq, amma yenə də yerli camaatın belə qonaqpərvərliyi hamımızı sevindirirdi. Doğrudan da Qarabağ camaatı başqa bölgələrin adamlarından çox fərqlənir. Qazıntıların sonuna yaxın bizim smetamız bitmişdi. Layihəyə ayrılan pullar qurtaranda bizimlə çalışan, qazıntılara kömək edən yerli adamlar – yəni fəhlələr dedilər ki, Təvəkkül müəllim, bizə daha pul da lazım deyil, biz sizə pulsuz da kömək edərik. Üstəlik, çoxu orta təhsilli adamlar olduğuna baxmayaraq, hamısı qazıntılarla, tapılan əşyaların tarixi ilə maraqlanırdı.
- İş şəraitiniz necə idi?
- Sözün açığı, ekspedisiyanın fikri var idi ki, alaçıqlar qurub, elə qazıntılar aparılan yerdə qalaq. Amma burada elektrik yox idi, su yox idi, üstəlik, ilanlar həddən artıq çox idi. Hələ yerli əhali də bizi bir az qorxutdu ki, burada adam udacaq qədər nəhəng ilanlar var və s. Odur ki, ekspedisiya rayonda yerləşdi. Səhər saat beşdə oyanırdıq, altıya qədər hazırlaşıb, yola çıxırdıq, səhər yeddidə isə artıq işdə olurduq. Yeri gəlmişkən, sizə bir şeyi də deyim ki, düzəngahlıq yerin havası qədər gözəl hava tapmaq çətin məsələdir. Meşə hər yerdə var, amma belə yovşanlı düzəngahlıqlara çox az ölkədə təsadüf etmək olar. Yayın ortasında belə buranın səhərlərinin havası o qədər təmiz və soyuq olur ki, biz üşüyürdük. Yovşanın qoxusu da bir ayrı aləm idi. Qarabağın dağlarından gələn hava Mil düzünü götürürdü. Üstəlik, rəngbərəng, növbənöv quşlar. Səhərlər, axşamlar quşlar o qədər çox olurdu ki, az qalırdılar maşınlarımızın içinə girsinlər. Bizimlə paralel olaraq, yaxınlıqdakı Kamiltəpə adlanan yerdə də alman ekspedisiyası qazıntılar aparırdı. Bu dəstəyə rəhbərlik edən görkəmli alman tarixçisi Barbara Helvinq bu yerlərə vurulmuşdu. Hətta onun həyat yoldaşı burada bir ay qalandan sonra işi ilə əlaqədar olaraq, Berlinə qayıtdı, sonra qazıntıların sonuna bir neçə gün qalmış Mil düzünə gəlmişdi. Barbara xanımdan soruşdum ki, yoldaşınız niyə cəmi bir neçə gündən ötəri Berlindən bura qayıdıb? Dedi ki: yoldaşım Mil düzünün yovşanlı havasına vurğundur.
Bilirsiniz, Qalatəpənin yaxınlığındakı Qarqarçayın sahili çox münbit yerlərdi. Buna görə də biz rayon rəhbərliyinə məsləhət bildik ki, buraya bir neçə artezian quyusu vurmaqla, bir neçə yüz ağac əkməklə bu yeri istirahət ərazisinə çevirmək olar. Üstəlik, bura qədim tarixi əhəmiyyəti olan Qalatəpə kimi bir yerin yaxınlığında yerləşir. Bunları eləsəniz, buraya hətta çoxlu sayda turist də cəlb etmək olar. Axı, Ağcabədi aran yerdir, siz deyən uca dağları, şəlalələri, meşələri yoxdur. Buranı ancaq bu yolla maraqlı yerə çevirmək mümkündür.
Qeyd: Söhbətimizi yekunlaşdırandan sonra Təvəkkül müəllim hər tapıntı, onun tapılma tarixçəsi barədə xeyli danışdı. Özünün dediyi kimi, heç də hər jurnalist arxeologiya ilə maraqlanmır. Odur ki, hansısa mətbuat işçisi maraqlanırsa, hər bir arxeoloq bildiyini bölüşməyə məmnuniyyətlə hazırdır. Belə şirin söhbətin nəticəsi isə bu oldu ki, gələn il Təvəkkül müəllim və dəstəsi arxeoloji qazıntıların davamına başlayanda mən də bir neçə həftəmi onlarla birlikdə keçirib, arxeoloqların həyatından bir mini roman yazmağa çalışacağam.
Günel Mövlud,
Ağcabədi-Bakı

1282