86 yaşlı qadının 100-cü nəticəsi  doğuldu
09 iyun 2025 19:37 (UTC +04:00)

86 yaşlı qadının 100-cü nəticəsi doğuldu

Almaniyada 86 yaşlı Nina Dükün 100-cü nəticəsi dünyaya gəlib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, oğlan Gera şəhərindəki xəstəxanada doğulub. Uşaq Ninanın 31 yaşlı nəvəsinin ailəsində dünyaya gəlib. Qız da anası və xalası kimi Türingiya federal əyalətində yaşayır.

Səkkiz övladının, 53 nəvəsinin və yüz nəticəsinin xoşbəxt sahibinin dediyi kimi, o, bir neçə həftə əvvəl Almaniyaya köçüb. Qadın ömrünün çox hissəsini Qazaxıstanda keçirib.

Təqaüdçünün sözlərinə görə, o, artıq tək qala bilməz, ona görə də uzun illər əvvəl ailəsinin tarixi vətənində məskunlaşan qızları onu öz himayəsinə götürüblər Ninanın anası Prussiyanın bir hissəsi olan Brandenburqda anadan olub.

Nina özü Sibirdə anadan olub. Daha sonra qohumları Ukraynaya, oradan isə 1958-ci ildə Qazaxıstana köçüb və ömrünün çox hissəsini burada keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar