Şəmkirdə bədbəxt hadisə baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.
Kənd sakini 29 yaşlı İ.Nərimanlı yaşadığı ünvanda elektrik naqillərini təmir edərkən cərəyan vurub. O, hadisə yerində ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş veridiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.