PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya və “Sent-Etyen”in yarımmüdafiəçisi Zuriko Davitaşvilinin Fransanın Kann şəhərindəki evləri qarət edilib.
Lent.az xəbər verir ki, qızıl-zinət əşyaları, çantalar və saatlar oğurlanıb. Oğrular futbolçular və ailələri olmayanda evə soxulublar.
Mayın 31-də Kvaratsxeliya Fransa komandasının tərkibində Çempionlar Liqasının qalibi olub. Final oyununda PSJ "İnter"lə qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib.
Gürcü futbolçu qol vuraraq, oyunun 73-cü dəqiqəsində hesabı 4:0-a çatdırıb.
Ümumilikdə, Kvaratsxelia bu mövsüm Paris komandasının heyətində bütün turnirlərdə 25 oyun keçirib, yeddi qol vurub və beş məhsuldar ötürmə edib.