Azərbaycan xalçaları haqqında fayl, film və sayt təqdim edildi – FOTO
Lent.az-ın məlumatına görə, tədbirdə ilk olaraq Azərbaycan xalçası ilə bağlı hazırlanmış film nümayiş olunub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ötən ilin noyabrında Keniyanın Nayrobi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi mədəni irs üzrə hökumətlərarası komitəsinin V sessiyasında müzakirə olunan çoxsaylı məsələlərlə yanaşı, Azərbaycanın təqdim etdiyi fayl da müzakirə edilib və Azərbaycan xalçasının müvafiq siyahıya daxil edilməsi ilə bağlı qərar qəbul edilib: “Bu qərar çoxdan arzulanan və geniş ictimaiyyət tərəfindən gözlənilən bir qərar idi. Düşünürəm ki, bu addım Azərbaycan xalçasının dünyəvi, bəşəri sənət olması haqqında bir bəyanatdır. Azərbaycan xalçasının təbliği və onun artıq UNESCO loqosu altında çıxış etməsi və təqdim olunması böyük imkanlar açır. Bütün ictimaiyyəti səsləyirəm ki, Azərbaycan xalçasının harada görsələr, maraqlansınlar ki, o xalçanın yanında hansı millətə məxsus olması ilə maraqlansınlar və dərhal bizi bundan xəbərdar etsinlər”.
Çıxışlardan sonra Azərbaycan Xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan xalçası ilə bağlı hazırlanmış namizədlik faylı, film və beş dildə olan sayt ( www.carpet.intangble.az) təqdim edilib. Tədbirdən sonra iştirakçıların Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiyası təşkil olunub.
Xəyalə

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23