Dünya şöhrətli dirijor Atəşgah məbədini ziyarət edəcək
Lent.az-ın məlumatına görə, Mstislav Rostropoviç Fondunun rəhbəri Olqa Rostropoviç bu gün keçirdiyi mətbuat konfransı zamanı Zubin Metanın Azərbaycana ilk dəfə gəldiyi üçün çox həyəcan keçirdiyini deyib. O bildirib ki, bu məşhur dirijor Bakıda bir neçə gün qalacaq. Qonağı birinci növbədə Suraxanıdakı Atəşgah məbədinə aparacaqlar. Çünki onun özü də atəşpərəstdir.
M. Rostropoviçin qızı onu da qeyd edib ki, Zubin Meta onların ailə dostu sayılır: “Zubin Metanın atamla yaxın münasibəti vardı. Onların arasında yaradıcılıq əməkdaşlığı da olub. Atam özü sağlığında onu Bakıya gətirmək istəyirdi, amma ona nəsib olmadı. Görünür, qismət bu gün imiş”.
Qeyd edək ki, Zubin Metanın rəhbərlik etdiyi İsrail Filarmonik Orkestri dekabrın 18-də Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Xəyalə Muradlı

Oxşar yazılar

Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03