“Yeni nəsil Azərbaycan aşıqları” kitabı çapdan çıxıb
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması (və onların qorunmasında gənclərin fəallığının artırılması)” adlı layihə çərçivəsində “Turan Evi” Nəşriyyatında nəşr olunub. Birlikdən Lent.az-a verilən məlumata görə, nəşr iki cilddə nəzərdə tutulub.
“Yeni nəsil Azərbaycan aşıqları” kitabının tərtibçisi DGTYB başqanı Əkbər Qoşalı, elmi redaktoru Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, məsləhətçisi xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubdur. Kitaba millət vəkili Qənirə Paşayeva “Ön söz” yazıb.
Nəfis tərtibatlı, 188 səhifəlik topluda, 45 yeni nəsil Azərbaycan aşığı haqqında oçerklər yer alıb. Topluda həmçinin aşıq sənəti, Azərbaycan sazının tarixi, aşıq havaları və s. barədə də bilgilər verilib. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55