Xalq artisti beyin insultu keçirib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov beyin insultu keçirib. Aktyor hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə olunur. Aktyorun həyat yoldaşı Yeganə Əsgərovanın Lent.az-a verdiyi məlumata görə, aktyorun vəziyyəti qənaətbəxş deyil: “İynə-dərman altındadır, ancaq yatır. Danışmağa, kiminləsə görüşməyə icazə verilmir. Həkimlər əllərindən gələni edir”.
Yeganə xanım onu da bildirib ki, aktyor hələ iki həftə əvvəl özünü pis hiss edib, şəkəri yüksəlib. Ancaq yüngül müalicə ilə vəziyyəti düzəlib: “Dekabrın 4-də isə qəfildən vəziyyəti pisləşdi. Üç təcili tibbi yardım maşını gəldi. Temperaturu 34-dən yuxarı qalxmadı. Məcbur olub xəstəxanaya gətirdik. Mən yanında oluram, mənimlə söhbət edir, amma başqa heç kimlə söhbət etməyə, görüşməyə icazə verilmir. İnşallah, tezliklə sağalar”.
Qeyd edək ki, bu il İlham Əsgərovun 52 yaşı tamam olub.
Xəyalə Muradlı

Oxşar yazılar

Nəfəsinizi kəsəcək ən yaxşı həyəcan filmləri
1 may 2025 , 19:58
“Rəşad Dağlının övladlarını sevindirdik, demədik ki, əfv olunsun” - Ağamirzə ilə MÜSAHİBƏ
1 may 2025 , 14:12
Robotlar, cəsuslar... - Sizə həyəcan verəcək 5 film -VİDEO
1 may 2025 , 13:16
Dahilərdən günahkarlıqla bağlı 10 sitat
1 may 2025 , 10:14
Kino Agentliyinə baş direktor təyin olundu
30 aprel 2025 , 13:52
Netfliksdə yeni serial: hər saniyə həyəcanda saxlayacaq
30 aprel 2025 , 10:14
Ən yaxşı 7 macəra filmi -VİDEO
29 aprel 2025 , 17:28