Karikaturaçı Seyran Cəfərli daha iki mükafat qazandı
Bu barədə Lent.az-a məlumat verən Seyran Cəfərli bildirib ki, Serbiyada keçirilən “Aleksandr Klas” beynəlxalq karikatura yarışmasına qatılıb. Bu müsabiqədə 40 ölkədən 201 karikaturaçının 601 əsəri iştirak edib. Seyran Cəfərlinin əsəri müsabiqənin xüsusi diplomuna layiq görülüb.
Karikaturaçımız Şimali Kiprdə keçirilən “Naci Talat” beynəlxalq dostluq yarışmasına da öz əsərini göndərib. 22 ölkənin 52 karikaturaçısının yarışdığı müsabiqədə Seyran Cəfərlinin əsəri ikinci yeri qazanıb.
S. Cəfərli onu da bildirib ki, Avropa Birliyinin “Fairply” konseyi tərəfindən 2011-ci ilin asma təqvimi çap olunub. İdmana aid karikaturaların yer aldığı təqvimin iki səhifəsi Azərbaycan karikaturaçısının əsərinə ayrılıb: “Bu təklif mənə gələndə razılaşdım. İdmana aid iki əsərimi göndərdim. Həmin əsərlər də noyabr və dekabr aylarının səhifəsində yer alıb. Artıq təqvim işıq üzü görüb. Bu təqvimi görəndən sonra Macarıstandan da mənə təklif gəlib. Onlar da analoji təqvim buraxmaq və orada karikaturamı yerləşdirmək istəyirlər”.
Məlumat üçün deyək ki, Seyran Cəfərli Azərbaycanda yeganə karikaturaçıdır ki, 10 il ərzində müxtəlif beynəlxalq müsabiqələrdən 86 mükafat qazanıb.
Xəyalə

Oxşar yazılar

Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19