Dirijor Rauf Abdullayevin 73 yaşı tamam olur
29 oktyabr 2010 12:43 (UTC +04:00)

Dirijor Rauf Abdullayevin 73 yaşı tamam olur

Sənətkarın. Lent.az-ın məlumatına Azərbaycan müasir musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən olan, dirijor Rauf Abdullayev, Azərbaycan Dövlət Konservatoriyasının piano və Sankt-Peterburq Dövlət Konservatoriyasının opera və simfonik dirijorluq fakültəsini bitirib. Onun möhtəşəm ifası Fransa, Almaniya, ABŞ, Rusiya, Böyük Britaniya, Türkiyə, İraq, Misir, Belçika, İtaliya, Finlandiya, Avstriya, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və başqa ölkələrin dinləyicilərinə də yaxşı tanışdır.

Rauf Abdullayevin geniş əhatəli repertuarına müxtəlif dövrlərdən, üslub və cərəyanlardan olan əsərlər daxildir. Sənətçi xüsusi olaraq Azərbaycan bəstəkarlarının musiqi əsərlərinin ifasına üstünlük verir.

Dirijor beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrin iştirakçısı olub, bir çox ölkələrdə məşhur kollektivlərə dirijorluq edib. Repertuarına bir çox Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344

Oxşar yazılar