Üzeyir Hacıbəylinin 78 yaşlı “Ləzgi rəqsi” ilk dəfə nəşr olunub
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabr 24-də “Ləzgi rəqsi”nin ilk nəşrinin təqdimat mərasimi keçiriləcək.
Mərasimdə Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri orkestrinin (bədii rəhbəri Gülağa Zeynalov) ifasında Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi”, “Koroğlu” uvertürası, “Sevgili canan“ romansı, “Qaragöz”, “Sən o yanda, mən bu yanda” mahnıları səslənəcək, “Günay” Uşaq Teatrı “Arşın mal alan“ musiqi komediyasından fraqmentlər ifa olunacaq.
Eyni zamanda Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sərgi və slayd şou da nümayiş etdiriləcək.
Xəyalə Muradlı

Oxşar yazılar

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32