“Yeni Ulduz 9” yarışmasının qalibi: “La Skala”da çıxış etmək istəyirəm”
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Cahangir Qurbanov yaradıcılıq işlərindən danışıb. Hazırda Bakı Musiqi Akademiyasında ikinci ali təhsilini alan müğənni Lent.az-a açıqlamasında bildirib ki, ən böyük arzusu məşhur “La Skala” operasının səhnəsində çıxış etməkdir.
“Opera və Balet Teatrı kimi sənət ocağında xalq artistləri Azər Zeynalovla, Mənsum İbrahimovla eyni səhnəni bölüşmək, onlarla tərəf müqabili olmaq əlbəttə ki, mənə stimul və güc verir. İnanıram ki, bu arzuma da çatacam” deyə o, bildirib.
Qeyd edək ki, Cahangir Qurbanov musiqisevərlərə “Yeni Ulduz 9” yarışmasının qalibi olmaqla yanaşı, daha öncə də bir neçə mükafata layiq görülüb. O, 1997-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Estrada və Caz” müsabiqəsinin qalibi olub, 2002-ci ildə keçirilən “İpək Yolu” Beynəlxalq Gənclər Festivalında “Qran Pri” mükafatına layiq görülüb.
Yalçın Süleymanov

Oxşar yazılar

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51