XIV əsrə aid Azərbaycan kitab sənəti nümunəsinin surəti əldə edilib
06 dekabr 2012 10:55 (UTC +04:00)

XIV əsrə aid Azərbaycan kitab sənəti nümunəsinin surəti əldə edilib

AMEA-nın Əlyazmalar İnstitutu Tehranın Məclis Kitabxanasından XIV əsrin əvvəllərinə aid Azərbaycan kitab sənəti nümunəsinin surətini əldə edib. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Hülakülər-Elxanilər dövründə, 1323-cü ilin aprelində gözəl nəsx xətti ilə köçürülmüş bu əsər Quran nüsxəsidir.

248 vərəqdən ibarət bu Quran Təbrizdə köçürülüb. Səhifələrin kənarında Bəyzavinin Quran təfsirindən hissələr köçürülüb. Nüsxə Azərbaycan Əlyazma kitabı sənətinin əski dövrlərini öyrənmək baxımından maraq kəsb edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854

Oxşar yazılar