“Gürcüstandakı türklər və türk əsərləri” Türkiyədə işıq üzü görüb
04 dekabr 2012 01:05 (UTC +04:00)

“Gürcüstandakı türklər və türk əsərləri” Türkiyədə işıq üzü görüb

Türk Dünyası Mühəndislər və Memarlar Birliyi tərəfindən Ankara şəhərində nəfis tərtibatla “Türk Dünyası memarlıq və şəhərçilik abidələri” adlı kitab nəşr edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ümumi həcmi 712 səhifədən ibarət olan kitabda islam öncəsi türk əsərləri, Orta Asiya, Qazaxıstan, Əfqanıstan, Hindistan, İran, Azərbaycan, Gürcüstan, Türkiyə, Suriya, Misir, Krım, Şimali Kipr və Balkanların türk tarixi memarlıq abidələrinin fotoşəkilləri və onlar barədə bilgilər yer alıb.

Kitabın “Gürcüstandakı türklər və türk əsərləri” bölümünü hazırlayan, eyni zamanda “İslam öncəsi türk əsərləri” bölümünün müəllifi olan əski türk yazılı abidələri üzrə görkəmli mütəxəssis, “Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi”nin başqanı Prof. Dr. Cengiz Alyılmazdır. 64 səhifəni əhatə edən bu bölümdə Gürcüstan türklərinin tarixi və Tiflis şəhərində, Borçalı və Ahıska-Axalkələk mahallarında yerləşən qədim daş abidələr – qalalar, körpülər, dini ibadət ocaqları, hamamlar, çeşmələr, türbələr, məzar daşları və qoç heykəlləri barədə məlumat və fotolar verilib.

Xatırladaq ki, Prof. Dr. Cengiz Alyılmazın rəhbərliyi ilə 2003, 2009 və 2012-ci illərdə mütəxəssislərdən ibarət elmi heyətin Gürcüstana qədim türk tarixi abidələrinin tədqiqi məqsədilə elmi ekspedisiyaları təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1249

Oxşar yazılar

Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34