Moskvada Azərbaycan məktəbinin yaradılmasının 15-ci ildönümü qeyd olunub
01 dekabr 2012 20:52 (UTC +04:00)

Moskvada Azərbaycan məktəbinin yaradılmasının 15-ci ildönümü qeyd olunub

Rusiya paytaxtında yerləşən general Kərim Kərimov adına 157 saylı Azərbaycan etnomədəni mənşəli ümumtəsil məktəbinin yaradılmasının 15 illiyi münasibətilə tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə çıxış edən məktəbin direktoru, Azərbaycanın əməkdar müəllimi Aidə Quliyeva məktəbin açılması tarixindən, qarşısına qoyduğu məqsədlərdən danışıb. O, bildirib ki, bu gün 157 nömrəli məktəbin 15 illiyi və Kərim Kərimovun 95 illiyi qeyd olunur: “Bizim məqsədimiz Moskvada yaşayan azərbaycanlı uşaqlara Azərbaycan dilini, tarixini, mədəniyyətini, öz xalqlarının adət-ənənələrini öyrənmək imkanı verməkdir. Bizim məktəbin özəlliyi ondan ibarətdir ki, o təkmillətli yox, çoxmillətlidir, burada təhsil alan müxtəlif xalqlardan olan uşaqlar isə əlavə olaraq Azərbaycan mədəniyyətini və dilini öyrənirlər. Bizim məktəbdə 31 millətin nümayəndəsi təhsil alır”.

A. Quliyeva Azərbaycan Təhsil Nazirliyinə məktəbə pulsuz vəsaitlərin verilməsinə görə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında məktəbin fəaliyyətini yüksək qiymətləndirib. Səfir məktəbə Kərim Kərimovun adının verilməsinin direktor A. Quliyevanın nailiyyəti olduğunu söyləyib: "Biz öz məktəbimizi qoruyacağıq və onun inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik”.

Daha sonra tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ruslan Quliyev, generak Kərim Kərimovun qızı Suriyə Kərmova çıxış ediblər.

Məktəbin şagirdləri Azərbaycan və rus dillərində maraqlı konsert proqramı təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2357

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21