Azərbaycanlı diiplomatlar “Xəzər lüğəti” inin müəllfini anıb
30 noyabr 2012 01:12 (UTC +04:00)

Azərbaycanlı diiplomatlar “Xəzər lüğəti” inin müəllfini anıb

Noyabrın 30-da görkəmli serb yazıçısı, dünya şöhrətli “Xəzər lüğəti” kitabının müəllifi Milorad Paviçin vəfat etməsinin 3-cü ildönümü ilə əlaqədar onun yaxınları, Belqrad şəhər Meriyasının və ictimaiyyətinin nümayəndələri, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar Azərbaycan dövlətinin dəstəyi ilə Belqrad şəhərində abadlaşdırılmış “Taşmaydan” parkını ziyarət edərək, Milorad Paviçin heykəli qarşısına gül-çiçək dəstələri qoyublar. Bu barədə APA Azərbaycanın Serbiyadakı səfirliyinə istinadən məlumat verir.

Milorad Paviçin xanımı Yasmina Mihayloviç və oğlu rəssam İvan Paviç tədbir iştirakçıları qarşısında çıxış edərək, yazıçının xatirəsinə göstərilən böyük diqqət və ehtirama, həmçinin onun xatirəsinin əbədiləşdirilməsinə görə Azərbaycan və Serbiya dövlətlərinə, həmçinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə yazıçının yaxınları, qələm dostları və digər iştirakçılar Milorad Paviçin xatirəsini yad edərək, görkəmli yazıçının həyat və yaradıcılığından bəhs ediblər.

Tədbir iştirakçıları sonra parkda ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heykəlinin və 1999-cu ildə NATO bombardmanları zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət edərək hər iki abidənin önünə gül-çiçək dəstələri düzüblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21