Aşıq Kamandarın 80 illiyi Gürcüstanda qeyd olunub
Bu gün Marneulidə məşhur aşıq Kamandar Əfəndiyevin 80 illik yubileyi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov tədbiri açaraq, aşıq Kamandar Əfəndiyevin yubileyinə Azərbaycan, İran, Türkiyə və Gürcüstanın müxtəlif bölgələrindən qonaqların gəldiyini bildirib.
Tədbirdən əvvəl aşıq Kamandar haqqında 12 dəqiqəlik film nümayiş etdirilib.
Sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub aşıq Kamandar haqqında ürək sözlərini deyib: “Bu gün Borçalıda Aşıq Kamandar bayramı, sazın-sözün bayramı, Borçalının, Azərbaycanın, türk dünyasının, müsəlman dünyasının və ürəyi türkçülüklə döyünənlərin bayramıdır. Kamandarın sözü də, sənəti də, yerişi də, duruşu da aşıq sənətinə ucalıq gətirdi. Min ildə bir dəfə yetişir belə sənətkar...”
Tədbirdə Gürcüstanın reinteqrasiya məsələləri üzrə Paata Zakareişvili çıxış edərək, baş nazir Bidzina İvanişvilinin və özünün salamlarını çatdırıb: “Mən fəxr edirəm ki, aşıq Kamandar Gürcüstanda anadan olub. Gürcüstan çoxmillətli ölkədir və bu bizim sərvətimizdir. Biz əsrlərlə birlikdə yaşayaraq Gürcüstanın birlikdə qurmuşuq. İnanıram ki, bundan sonra da bərabər yaşayacaq və ölkəmizi birlikdə quracağıq. Bu gün biz fəxr edirik ki, yubileyini keçirdiyimiz böyük aşıq Gürcüstanın fəxridir. Mən bu gün çox xoşbəxtəm ki, aşıq Kamandar bütün dünyada sevilir. Gürcüstanla Azərbaycanın dostluğu artıq strateji tərəfdaşlığa çevrilib. Aşıq Kamandarın 80 illik yubileyinin keçirilməsi bu dostluğun daha bir nümunəsidir”.
Tədbirdə çıxış edən ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə qeyd edib ki, ustad sənətkarların gələcəkdə keçiriləcək yubileyləri və aşıq sənətinin inkişafını ARDNŞ həmişə dəstəkləyəcək: “Yaxın gələcəkdə aşıq Kamandarın ev muzeyinin təmiri barədə ARDNŞ tədbirlər həyata keçirməyi planlaşdırır”.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, tədbirə İrandan da 20-dən çox qonaq qatılıb.

1639