Qala konsert olacaq-
30 noyabr 2012 07:53 (UTC +04:00)

Qala konsert olacaq-

“Bizə ideya lazımdır” devizi ilə keçirilən Gənclərin II Ümumrespublika Teatr Festivalı davam edir. Lent.az-ın məlumatına görə, noyabrın 29-da daha 5 komanda hazırladıqları tamaşanı nümayiş etdirib.
Gənclərin təqdim etdiyi tamaşalarda ekologiya, təbiət, xüsusilə də insanın ətraf mühiti qoruması, yaxud zərər vurması, təbiətlə davranışı və sair kimi önəmli məsələlər yer alıb.

Qeyd edək ki, ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna həsr edilən festivalın qiymətləndirmə mərhələsi Dövlət Gənc Tamaşaçılar Teatrında noyabrın 30-dək davam edəcək. Festivalda nümayiş olunacaq tamaşalar ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna həsr olunub. Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərin də seçimi aparılıb. Bakının 8, habelə Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdiyi festivala ümumilikdə 100-dən çox gənc qatılıb, 13 maraqlı, aktual mövzulu tamaşa hazırlanıb.
Üç gün ərzində tamaşalara baxış keçirilib. Bu gün Qala konsert təşkil ediləcək. Nüfuzlu münsiflər heyəti tərəfindən I, II və III yerlərin sahibləri, habelə ən yaxşı rejissor işi, ən yaxşı ssenari, ən yaxşı baş rol ifaçısı, ən yaxşı qadın rolunun müəllifi seçilib qiymətləndiriləcək.

Qeyd edək ki, Festivalın informasiya dəstəyi Lent.az və Guney.az xəbər saytları, Araz FM radiosudur.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2250

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37