Rusların “Leyli və Məcnun”u, Kürdə gəmi gözləyən bacı və sonuncu “Şah!” - SÖHBƏT - FOTO
Qəribə xarakteri var. Hər gün Yazıçılar Birliyinə hamıdan tez gəlir, hamıdan gec gedir. Əslində Yazıçılar Birliyində işləmir, yazılarına qonorar alır. Əvvəlcə otaqları gəzir, bilirəm ki, şahmat oynamağa adam axtarır, heç kəs yoxdu. Sonra öz otağına gedir... Şahmat taxtası artıq hazırdı. Fiqurlar düzülüb. Şahmat taxtasının yanında hazır yeməklər, pivə, çaxır, kolbasa, peraşki, növ-növ qəlyanaltılar gözləyir. İndi canını almağa yaxşı bir rəqib lazımdı. Rəqibləri isə hələ işə gəlməyib, Siyavuş müəllim əlacsız mənə deyir:
- Pivə içmək istəmirsən?
- Yox... - deyirəm.
Sonra o biri otaqlarda səsi gəlir:
- Pivə içmək istəmirsən?
Əslində gətirdiyi içkilər, yeməklər rəqibləri bir növ ələ almaq üçündü. Bir növ rəqiblər üçün qurulmuş tələdir. Özünün ştatda olan yaxşı rəqibləri var, indi onlar gecikir, amma o vaxta qədər kimisə tapmalıdı. Tapır da. Alıcı quş kimi aparır otağına. Oyun başlanır.
Şahmatı çox sevir, səhərdən axşama kimi oynayır. Ən sevimli rəqibi Məmməd Orucdur. Birdən olur ki, Məmməd Orucun yazı işi olur. Siyavuş qapını asta açır, başını ehtiyatla içəri salır:
- Məmməd, pivə içmək istəmirsən? – Yəni bu, o deməkdir ki, gəl şahmat oynayaq. Məmməd Oruc da şad-xürrəm deyir:
- Bir azdan...
Bu sözü eşitmək Siyavuşun məğlubiyyətidir. Ancaq Məmməd buna qıymır, həm də marağı güc gəlir, Siyavuşun dalınca gedir. Oyun başlanır...
Harda şair-həkim Ramiz Mövsümü görsəniz, bilin ki, Siyavuşun yanına tələsir. Ramiz Siyavuşun çox qiymətli rəqiblərindəndir. Bir dəfə gördüm ki, Ramiz 28 may metrosundan çıxan kimi sürətini artırdı. Dəqiq bilirdim ki, Siyavuşun yanına gedir. Bir azdan gəlib gördüm ki, artıq rəqib kürsüsündə şəstlə oturub. Pivə butulkalarının çoxu boşdu. Saday Şəkərli və Məmməd Oruc növbədədi.
Bu gün Siyavuş Məmmədzadə fiqurları taxta üzərinə düzənə kimi soruşdum:
- Belə çox şahmat oynamağının səbəbi nədir?
- Həyatı öyrənirəm - dedi.
- Maraqlı fikirdir.
- Şahmatda dramaturgiya var, çətinlikdə qalmaq var, iradə var, dözümlülük var, bunu öyrənirəm.
- Özünü iradəli sayırsan?
- Əlbəttə, çox səbrliyəm.
- Yaxşını pisdən seçə bilirsən?
- O dəqiqə seçirəm, şahmatın özü elə seçimdi. Həyatdakı seçimi mən şahmatdan öyrənmişəm.
- Rəqiblərin necədi?
- Pis deyillər, yavaş-yavaş öyrənirlər, çox vaxt xətirlərinə dəymirəm. Hərdən sevinc bəxş eləyirəm. Həm də xarakterlərini öyrənirəm.
- Məmməd Orucun xarakteri necədi?
- İpək.
Siyavuş Məmmədzadənin yaşı səksənin altındadı. Tək yaşayır. Bir oğlu vardı, dünyasını dəyişib. Bu yaxınlarda həyat yoldaşını itirdi. Bir nəvəsi var, Moskvada olur, adı da Sergey.
- Bu gün Sergeyin ad günüdür, səhər tezdən təbrik elədim - deyir.
Yetmiş beş illik yubileyi yadıma düşür. Zalda adam çox az idi, halbuki onun tərcümə elədiyi adamları bura yığsaydın, yeddi yüz nəfərlik saray lazım olardı. Gəlməmişdilər. Təəssüf hissi gələnlərin baxışlarında aydın hiss olunurdu.
Mənim şeirlərimi bir neçə şair rus dilinə çevirib. Sonradan elə oldu ki, rus dilini gözəl bilən və Siyavuşun ən yaxın dostu bir tərcüməçi ilə tanış oldum. Şeirlərimin tərcüməsini demək olar ki, heç bəyənmədi. Başılovlu qaçdım Siyavuşun yanına, təəssüf ki, həmişəki kimi qalibiyyət postunda idi. Kefi yuxarıydı. Məmməd Orucu dərin fikirlərə qərq eləmişdi.
Çatan kimi dedim:
- Sənin təriflədiyin adam mənim şeirlərimin tərcüməsini bəyənmədi.
- Kimin elədiyini bəyənmədi?
- Nicat Məmmədovun.
- Düz eləyir.
- Mənsur Vəkilovun da elədiyini bəyənmədi.
- Onu da düz eləyir.
- Qiya Patsxataşvilinin elədiyini heç bəyənmədi.
- Onu lap düz eləyir.
- Hətta sizin elədiyinizi də bəyənmədi.
- Onda qələt eləyir! - astaca fiqurun yerini dəyisib, “şah!” dedi.
Əlbəttə, bu “Şah” sözündənmi və ya nədənmi, rəqib köksünü ötürür. Siyavuşun kefi lap kökəlir. Məmməd Oruc çıxış yolunu tapana qədər Siyavuşdan soruşuram:
- Bir gözəl tərcüməçimiz vardı, Vladimir Qafarov...
- Hə, o yaxşı tərcüməçi idi. Şifahi xalq ədəbiyyatımızı, xüsusən, “Koroğlu” dastanını rus dilinə çevirmişdi, bayatılarımızı, nağıllarımızı böyük məhəbbətlə rus oxucularına çatdırdı. Arada yaxşı vururduq.
Siyavuş müəllim yenə arada “Şah!” dedi. Arxaya söykənib, rahat nəfəs aldı və söhbətə davam elədi.
- Vladimir Qafarovun atası Əbdüləzim kişi gəmiçi idi. Kür çayı boyu o başa, bu başa gedib-gəlirdi. Bacısı Salyanda yaşayırdı. Salyan ərazisindən keçəndə üç dəfə siqnal verərdi. Bacısı Nisə səsi tanıyıb, o saat çıxardı, Əbdüləzimlə görüşərdi. Vladimir Qafarovun anası rus idi - Nadejda.
Bunu deyib, taxtaya tərəf əyilir. Gedişi elədikdən sonra arxaya söykənib, siqaret yandırır.
- Bir dəfə Vladimir Qafarovla bağı bir hadisə baş verdi. Mikrorayonda yaşayırdım, Vladimirlə qonşu idim. Mənzillərin çoxunda təmir gedirdi. Varlı adamların evi idi. Bir gün Vladimir cavan şairlərə təmir olunan evlərdən sement kisələrini öz evinə daşıtdırır. Sonra dedi ki, bilsələr, deyəcəyəm ki, bu işi Siyavuş eləyib. Başına çarə qıl. Mən də canımın dərdindən kisələri özüm daşıdım həmin yerə. Kisələri daşıdıqca deyirdim ki, ay Allah, indi ev sahibi gəlib kisələri mənim əlimdə tutsa, nə cavab verəcəyəm?
Elə bu zaman Siyavuş müəllim qabağa bir az əlyilib fiqurun birini irəli itələyib “Şah” deyir və yenə arxaya söykənir.
- Mənsur Vəkilovu tanıyırdın, Qəşəm?
- Hə, bir neçə şeirimi tərcümə eləyib.
- Yaxşı tərcüməçi idi. Allah rəhmət eləsin. Rus dili Mənsurun ana dili, Azərbaycan dili ata dili idi. Onunla küpün dibinə girirdik, yaxşı vururduq. Hansı il idi, dəqiq bilmirəm, ay yadımdadı - 7 fevral. Moskvaya getməli idim. Mənsur dedi ki, gedək vuraq. Getdik. O zaman ayıldım ki, qatarın getmək vaxtıdı. Tələsik gəlib evə kostyumu dəyişdim. Mindim qatara. Yalamada bələdçi bilet istəyəndə baxıb gördüm ki, bilet yoxdu, qalıb dəyişdiyim kostyumun cibində. Təzədən qayıtdım evə, arvad lazım olan sözlərin hamısını mənə dedi. Sonra təyyarə ilə getdim. Mənsur düz iki ay qorxusundan bizə gəlmədi.
Bu dəfə əyilib yenə fiqurun birini itələyir. Ancaq “şah” demir.
- Mən Füzulinin “Leyli və Məcnun” əsərini rus dilinə çevirmişəm. Məncə, maraqlı alınıb.
- Siyavuş müəllim, bəs ruslar Leyli və Məcnuna gülməyəcəklər?
- Yox, mən yaxşı eləmişəm, formanı saxlamışam.
- Sufi düşüncəni onlar başa düşəcəklər?
- Bəli, ağıllı rus oxucuları şərq poeziyasını yaxı bilirlər.
Siyavuş müəllim yenə taxtanın üstə əyilib bir fiquru götürüb qoyur: “Şah!”
Arxaya elə arxayın söykənir ki, sanki Məmməd Oruc düz bir saat özünə gələ bilməyəcək.
- “Leyli və Məcnun”u hansı vəzndə tərcümə eləmisiniz?
- Rus şeirinin “yamb” vəznində eləmişəm. Çox maraqlı vəzndi, ləngərlidir.
- Siyavuş müəllim, sizin üçün tərcümə nədir?
- Tərcümə başqalaşmaq deməkdir. Tərcümə bir əsərin başqa dildə versiyasıdır. Tərcüməçidə “artistizm” olmalıdı. Bu söz Cəfər Cabbarlının sözüdür. Düz deyib, Allah rəhmət eləsin.
Bu dəfə Məmməd Oruc “Şah” deyir. Siyavuş müəllim daha arxaya söykənmir. “İpək” dediyi bir adam gör neylədi? Siyavuşun arxaya söykənməməsindən bilirəm ki, vəziyyət gərgindir. Sual-zad vermirəm. Şahmatı guya bilən adam kimi mən də gərginlik keçirirəm. Hər iki tərəfdə fiqurlar irəli-geri ötürülür, bəziləri götürülüb kənara qoyulur.
Səyavuş müəllim bu dəfə arxaya söykənmədən danışır.
- Gərək tərcümə elədiyin şair sənə yaxın ola. Məsələn, Lermontovun “Üç palma” şeirini əvvəl Abbas Səhhət, sonra Firudin Bəy Köçərli, sonra isə Məmməd Rahim tərcümə eləyib. Ən yaxşı Məmməd Rahimin tərcüməsidir.
Siyavuş Məmmədzadə bir daşı əlinə götürüb, xeyli havada saxlayır.
- Mən əvvəl şeir yazmışam, 1964-cü ildə şeir kitabım da çıxıb. Sonra tərcüməçi oldum.
Elə bu zaman əlində saxladığı fiquru ehmalca taxtaya qoyur. Bir az da bərkdən deyir:
- “Şah!”
Məmməd Oruc dinmir, mənim üzümə baxır. Məncə, bu o deməkdir ki, niyə qoymursan işimizi görək...
Qəşəm Nəcəfzadə
[email protected]

1799