Azərbaycanlı senator  axtarışa verildi: "çirkli pullar"ın yuyulması  İTTİHAMI
16 dekabr 2025 11:47 (UTC +04:00)

Azərbaycanlı senator axtarışa verildi: "çirkli pullar"ın yuyulması İTTİHAMI

0

Rusiyada qiyabi axtarışa verilən qalmaqallı sabiq senator və VTB bankının keçmiş vitse-prezidenti Aleksandr Ter-Avanesovun Andrey Kostinin “çirkli pulların” yuyulmasında iştirak etdiyi bildirilir.

Lent.az xəbər verir ki, Kostroma vilayətindən sabiq senator Aleksandr Ter-Avanesov federal axtarışa verilib.

Keçmiş senatora Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən və ya xüsusilə külli miqdarda törədilmiş dələduzluq; on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur) üzrə qiyabi ittiham irəli sürülüb.

Ter-Avanesov keçmiş Qondarma “Donetsk Respublikası”nın tikinti nazirinin müavini Yuliya Mervayezova ilə bağlı cinayət işinin fiqurantıdır. Həmin iş Müdafiə Nazirliyinə qarşı dövlət sifarişləri çərçivəsində hərbi obyektlərin tikintisi zamanı ümumi məbləği 4 milyard rubldan çox olan mənimsəmələrlə əlaqəlidir. İş üzrə dəymiş zərər 9 milyard rubldan artıqdır. Mervayezova bu iş üzrə rəhbəri Vadim Vıqyulyarnı ilə birlikdə məsuliyyətə cəlb olunur. O, bu yay xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib.

Aleksandr Ter-Avanesov Azərbaycan əsillidir. O, 2006–2015-ci illərdə Kostroma Vilayət Dumasını təmsil edən Federasiya Şurasının üzvü, 2015–2016-cı illərdə Kostroma Vilayət Dumasının deputatı olub. 2016–2023-cü illərdə isə VTB bankında baş vitse-prezident vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 488

Oxşar yazılar