Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində rayon ərazisində pirotexniki vasitələrin satışını təşkil edən 38 yaşlı Ə.İbrahimov saxlanılıb.
Lent.az xəbər verir ki, ondan 480 qutu səs və 290 ədəd işıq effekti yaradan pirotexniki vasitələr aşkar edilib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.