Əfsanəvi Robertino Loretti Bakıda master-klass keçirib –
Bu barədə Lent.az-a gənc vokal ifaçısı Emin Eminzadə məlumat verib.
O, bildirib ki, noyabrın 25-də Bakıya gələn R.Lorettini Heydər Əliyev Beynəlxalq Hava limanında gənc vokal ifaçısı və onun ailə üzvləri qarşılayıblar. Robertino Loretti əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin və uzun illər dostluq etdiyi dahi sənətçi Müslüm Maqomayevin məzarını ziyarət edib. Daha sonra məşhur vokal ifaçısı Şəhidlər Xiyabanına gedərək 20 Yanvar faciəsi, Qarabağ müharibəsi şəhidlərinin məzarlarını yad edib və məzarları üstə əklil qoyub.
E.Eminzadə onu da qeyd edib ki, R.Loretti onların evində qonaq olub: “İki saatdan artıq mənə vokal sənəti ilə bağlı dərs keçdi. Anamın hazırladığı milli yeməklərimizin dadına baxdı. Noyabr 26-da da Robertino Loretti İstedadlı və Yaradıcı Gənclərin II Respublika Toplantısında fəxri qonaq kimi çıxış etdi”.
Gənc vokal ifaçısı əlavə edib ki, noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Robertino Lorettinin master-klassı keçirilib və ustad vokalist dərs zamanı Emin Eminzadəyə Diplom təqdim edib.
Yalçın Süleymanov

Oxşar yazılar

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32