Çuvaşiya Respublikasında Nizami Gəncəvinin 870 illik yubileyi keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə 23-27 noyabr tarixlərində Rusiya Federasiyası Çuvaşiya Respublikasının Çeboksarı şəhərində Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan və Çuvaşiya Respublikalarının dövlət və hökumət nümayəndələri, Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyi, alimlər və jurnalistlər iştirak ediblər.
Noyabrın 26-da tədbir iştirakçıları Çeboksarı şəhərinin Nizami küçəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə ucaldılmış abidənin və Çeboksarı şəhərinin Qələbə Memorial parkında Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış Şöhrət Monumentini ziyarət edərək önünə əklillər qoyublar. Qələbə parkında isə Heydər Əliyevin əkdiyi qocaman küknar ağacı ziyarət edilib, önündə xatirə şəkilləri çəkilib. Daha sonra Çuvaşiya Respublikasının Hökumət Evində Çuvaşiyanın dövlət rəsmiləri ilə Azərbaycan Respublikasının nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə Çuvaşiya Dövlət Şurasının sədri Popov Yuriy Alekseyeviç, Çuvaşiya Respublikasının Nazirlər Kabinetinin sədr müavini İvanov Aleksandr Stepanovic, Çuvaşiya Respublikasının Mədəniyyət, Milli məsələlər və Arxiv işi üzrə naziri Yefimov Vadim Petroviç, Diasporla İş üzrə Dövlət Komitəsinin I ərazi şöbəsinin müdiri Rizvan Əliyev, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Nemət Nağdəliyev, Ümumrusiya Azərbaycan Konqresinin Çuvaşiya regional bölməsinin rəhbəri Əziz Bədirov, nümayəndə heyətinin tərkibində Çuvaşiyaya gəlmiş alimlər və mədəniyyət işçiləri iştirak ediblər.
Həmin gün K.B.İvanov adına Çuvaş Dövlət Dram Teatrında Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş təntənəli tədbirdə çıxış edənlər dahi Azərbaycan şairi və mütəfəkkirinin yüzilliklər sonra belə mədəniyyətlərin, sivilizasiyaların qovuşmasına, millətlər, xalqlar, xüsusən də eyni türk mənşəyi, kökünə malik Azərbaycan və çuvaş xalqları arasında daha sıx dostluq, əməkdaşlıq münasibətlərinin qurulmasına səbəb olduğunu vurğulayıblar. Tədbirdə Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən 30 dəqiqəlik “Nizami” sənədli filmi rus dilində titrlərlə nümayiş olunub və rəsmi hissədən sonra Azərbaycan və Çuvaşiya incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.

1233