Mehriban Əliyeva Türkan Şorayla görüşdü - FOTO
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış aktrisası Türkan Şorayla görüşüb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, əvvəlcə Türkan Şoray Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı filmə baxıb. Film Fondun təhsil, səhiyyə sahələrində həyata keçirdiyi, mədəniyyətimizin inkişafına, milli mədəni irsimizin qorunmasına yönələn layihələrindən bəhs edir.
Sonra Mehriban Əliyeva tanınmış aktrisa Türkan Şorayla görüşüb.
Azərbaycanın birinci xanımı türkiyəli məşhur sənətçini salamlayaraq onu Heydər Əliyev Fondunda görməkdən şad olduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda Türkan Şoraya böyük sevgi və hörmətlə yanaşıldığını söyləyib və onu “canlı əfsanə” adlandırıb. Mehriban Əliyeva sənəti ilə dünyada məşhur olan Türkan Şorayla tanışlıqdan məmnunluğunu bildirib.
“Azərbaycana gəlməyi çoxdan arzulayırdım”, - deyən Türkan Şoray bu arzusunun reallaşmasından özünü xoşbəxt hiss etdiyini söyləyib. Azərbaycana uzun illər əvvəl gəldiyini xatırladan tanınmış aktrisa kino sənəti ilə bağlı yeni nəşr edilən kitabını Mehriban Əliyevaya təqdim edib.

Oxşar yazılar

"Qəlbim sənindir” kompozisiyasının təqdimatı oldu
1 aprel 2025 , 20:25
Məşhur reper ölməsin deyə bunu da etdilər
1 aprel 2025 , 17:02
Ümid və yaxşılıqla bağlı 20 aforizm
1 aprel 2025 , 16:21
Çexovdan sevgi sitatları: Bu sözlər sevgi anlayışınızı dəyişdirə bilər
29 mart 2025 , 14:26
Prezidentdən Şəfiqə Məmmədova ilə bağlı SƏRƏNCAM
29 mart 2025 , 11:28
Provokativ ifalar, etnik elementlər - "Eurovision 2025"-də nələr gözləyir?
28 mart 2025 , 13:46
Bu bahar nə oxumalı: Sevgi sehrindən bəhs edən 3 kitab
26 mart 2025 , 18:58