Bakıda istedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı başladı -
Bakıda Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə İstedadlı və yaradıcı gənclərin 2-ci Respublika Toplantısının açılışı olub. Lent.az-ın məlumatına görə, tədbirdə baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin məşhur kino ulduzu Türkan Şoray, İtaliyanın dünya şöhrətli müğənnisi Robertino Loretti, millət vəkilləri, gənclər təşkilatlarının sədrləri, gənclər iştirak edib.
Tədbirdə çıxış edən Elçin Əfəndiyev bildirib ki, hər bir istedadlı gənc öz ölkəsinin simasıdır: “60-cı illərdə Azərbaycanda yaradıcı gənclər görüşü keçirilirdi. Görkəmli rəssamlar, bəstəkarlar, kino xadimləri gənclərlə görüşürdü. O görüşlər bizim üçün unudulmaz idi. 40 ildən sonra da gənclər bugünkü görüşlərdən fəxarətlə danışacaqlar. Siz gənclər unutmamalısınız ki, ölkəni təmsil edirsiniz”.
Azad Rəhimov gənclərin adı ilə keçirilən sərgilərdən, tədbirlərdən danışıb. Azərbaycanı təmsil etmək üçün yüzlərlə gəncin xaricə ezam olunduğunu deyən nazir bildirib ki, onların daha da inkişaf etmələri üçün dövlət tərəfindən mükafatlar, təqaüdlər ayrılıb.
Əbülfəs Qarayev isə qeyd edib ki, Azərbaycanın bütün sahələrdə güclü gəncləri var: “Bizim aləmimizdə ölkəni dünyaya tanıtdıran iki amil var: Birincisi, ölkənin idmançıları, ikincisi mədəniyyət və incəsənət xadimləri. Bu iki amili gücləndirmək üçün bizim qarşımızda böyük vəzifələr var. Gənclərimiz bu vəzifələrin öhdəsindən layiqincə gəlirlər”.
Daha sonra, Türkan Şoray, Robertino Loretti çıxış edərək, Azərbaycanda belə bir tədbirin keçirilməsini yüksək dəyərləndirdiklərini söyləyiblər.
Qeyd edək ki, 5 gün davam edəcək tədbirlər zamanı hər iş gününün birinci yarısında keçiriləcək seksiyalarda ayrı-ayrı yaradıcılıq sahələrində vəziyyətin təhlili, imkanları, inkişaf perspektivləri müzakirə ediləcək. Günün ikinci yarısı isə 3 fərqli istiqamətdə tədbirlər keçiriləcək.
Gənclərlə görüşmək üçün Türkan Şoray, Robertino Loretti, Abbas Kiorastami kimi dünya şöhrətli sənətkarlar, müasir foto, moda, klipmeykerlik, rəqs və sair sahələrdə tanınmış İlya Raşap, Andre Tan, Anjela Karasyova Azərbaycana dəvət olunublar. Ölkəmizdən isə Çingiz Abdullayev və Alim Qasımovun gənclər üçün ustad dərsləri və görüşlərin keçirilməsi nəzərdə tutulub.
Jalə Məmmədli

1588