Çingiz Abdullayev gənclərlə görüşəcək
25 noyabr 2012 07:35 (UTC +04:00)

Çingiz Abdullayev gənclərlə görüşəcək

Bakıda noyabrın 26-30-da Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində keçirilən maraqlı görüşlərdən biri də xalq yazıçısı Çingiz Abdullayevlə olacaq.

Lent.az-ın məlumatına görə, görüşdə iştirak etmək istəyən gənclər noyabrın 26-da saat 15.00-da «JW Marriott Absheron Baku» otelinin “Hövsan” zalına gələ bilərlər.

Qeyd edək ki, Çingiz Abdullayev 1983-cü ildən başlayaraq dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edib. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri bir çox xarici dillərə tərcümə olunub. Almaniya, İrlandiya, Fransa və Rusiyada kütləvi tirajla çap olunub, 20 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. Xidmətlərinə görə orden və medallarla təltif olunub.
Onu da əlavə edək ki, sözügedən toplantı çərçivəsində

Ukraynanın məhşur moda dizayneri, bütün dünyanın diqqət mərkəzi olan Andre Tan, həmçinin «Contemporary» və «hip-hop» rəqsləri üzrə master-klass keçəcək tanınmış ukraynalı mütəxəssis Anjela Karasyova və Türkiyənin tanınmış və çox sevilən aktrisası Türkan Şoray gənclərə master – klas keçəcək.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1153

Oxşar yazılar