Bakıda ilk dəfə Beynəlxalq İdman Filmləri Festivalı keçiriləcək
Oktyabrın 9-dan 11-dək Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq İdman Filmləri festivalı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 20-dək ölkənin qatılacağı festivalda 50-dən çox bədii və sənədli filmin nümayişi gözlənilir.
Münsiflər heyətində dünya kinematoqrafiya və idman sahəsində böyük nüfuza malik simalar təmsil olunacaq. Filmlərin nümayişi Nizami Kino Mərkəzinin zallarında keçiriləcək.
Festival iştirakçıları ən yüksək mükafat - "Qran-Pri" ilə yanaşı "İdman və cəmiyyət", "İdman və şəxsiyyət" müsabiqə nominasiyalarında iştirak edəcəklər. Bundan əlavə qaliblərə münsiflər heyəti tərəfindən "Xüsusi mükafat" da veriləcək.
Jalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06