AzTV “TEFİ-Sodrujestvo” mükafatına layiq görüldü
Sentyabrın 16-da Qazaxıstanın paytaxtı Astanada keçirilən “TEFİ-Sodrujestvo” II Beynəlxalq Televiziya Festivalı başa çatıb.
“Azərbaycan Teleradio Verilişləri” QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, telefestivalın təşkilatçıları Rusiya Televiziya Akademiyası və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondduır.
Bu il tədbir Rusiyanın Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin və Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyilə keçirilib. Telefestivalda iştirak etmək üçün “ART” fonduna “İnsanlar, illər, həyat” mövzusu üzrə 54 iş təqdim edilib. Seçim nəticəsində festivalın proqramına 10 ölkəyə (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Özbəkistan və sair) məxsus olan 16 teleşirkətin 20 işi daxil edilib. Festivalın bağlanmasına həsr olunmuş təntənəli mərasimdə 20 proqramdan 10-u xüsusi mükafata layiq görülüb. Onların arasında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin çəkdiyi “Əlvida və salam Bakı” sənədli filmi də var. “Əlvida və salam Bakı” filmi Azərbaycanın görkəmli sənətkarı, musiqi tariximizdə misilsiz iz qoymuş SSRİ xalq artisti Müslim Maqomayevin həyat və yaradıcılığına həsr olunub. Əsərin ssenari müəllifi Fuad Vəlixanov, rejissorları Etibar Babayev və Rəsul Ələkbərovdur.
Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ni telefestivalda “Mədəniyyət” kanalının direktoru Cəmil Quliyev, AzTV-nin bədii rəhbəri Etibar Babayev və musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov təmsil ediblər.

Oxşar yazılar

Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00