“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb.
Lent.az xəbər verir ki, “Xəzər”in oxucuları jurnalın bu sayında:
“Nobel kürsüsü” rubrikasında – Patrik Uaytın “Qadın əli” romanının sonu;
“Azərbaycan ədəbiyyatı” rubrikasında – Tofiq Abdinin şeirləri;
“Poeziya” rubrikasında – Dmitri Çistyakın şeirləri;
“İlahi keçid” rubrikasında – Tövratdan tərcümə;
“Hekayə” rubrikasında – Kobo Abenin hekayələri;
“Fransız ədəbiyyatı” rubrikasında – Emmanuel Bernhaymın “Onun arvadı”
hekayəsi;
“Yazıçı mətbəxi” rubrikasında – Milan Kunderanın “Roman sənəti”;
“Macar ədəbiyyatı” rubrikasında – Aron Tamoşinin hekayələri;
“Yaddaş” rubrikasında – Herold Ləmbin “Əmir Teymur” tarixi əsəri;
“Yazıçı mövqeyi” rubrikasında – Cerom K.Ceromun “Yazıçı həqiqəti yazmalıdırmı” essesi;
“Esse” rubrikasında – Elçinin “Ədəbi düşüncələr”i;
“Kino” rubrikasında – Sergey Eyzenşteynin “Ekran əsəri və montaj
xəttinin əsasları”;
“Roman” rubrikasında – Mixael Kumpfmüllerin “Həyatın möhtəşəmliyi”
romanı;
“Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikasında Alan Milnin “Şahzadə dovşan” hekayəsi ilə tanış ola biləcəklər.