May ayında Niderlandda keçirilməsi planlaşdırılan “Eurovision – 2020” mahnı yarışması koronavirus təhlükəsi ilə əlaqədar ləğv edilməyəcək.
APA-nın “AD” nəşriyyatına istinadən verdiyi xəbərə görə, bu barədə Rotterdam şəhər hakimiyyəti qərar qəbul edib.
Rotterdam bələdiyyə şurasının turizm üzrə üzvü Said Kasmi hakimiyyətin virusun yayılmasına gündəlik nəzarət etdiyini bildirib.