Fransanın Puy du Fou əyləncə parkında qarğalar siqaret kötüklərini və kiçik zibilləri toplayaraq ətraf mühitə töhfə verirlər.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, təlim edilmiş quşlar hər bir zibil parçası üçün yemək mükafatı alır və bu, insanları ruhlandırır.
Fransanın Puy du Fou tarixi parkında aparılan təcrübə təbiətin ətraf mühitə verdiyi töhfəni ortaya qoyur. 2018-ci ildə başlanan layihədə altı ağıllı qarğa siqaret kötüyü və xırda zibil toplamaq üçün təlim keçib. Bu təlimdə qarğalar yığdıqları hər zibil üçün yemək mükafatı alır və park rəhbərliyi bu davranışın insanları təmizliyə həvəsləndirəcəyinə ümid edir.
Parkın qurucusu Kristof Qaborit prosesə əvvəlcə iki qarğaya zibil toplamaq üçün öyrətməklə başlayıb. İki bölməli qutu ilə məşq zamanı qarğalar zibilləri yemək mükafatı ilə əlaqələndirməyi öyrəniblər.
Qaborit qarğaların təmizlik üçün istifadə edilmədiyini, lakin bu davranışının insanları ruhlandıracağına ümid etdiyini qeyd edib. Qarğaların siqaret kötükləri və kiçik zibilləri toplayaraq parka töhfə verdikləri təcrübə ətraf mühiti çirkləndirməməyin vacibliyini insanlara xatırlatmaq məqsədi daşıyır.