Əksər insanlar yuxuya kabus kimi baxa bilərlər. Bu vəziyyət, adətən həddindən artıq stresli olduğunuz zaman baş verir. Davamlı və təkrarlanan yuxular həyat keyfiyyətinə mənfi təsir göstərir. Ancaq bu yuxulara müdaxilə etmək mümkündür.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Sinə xəstəlikləri mütəxəssisi Məhəmməd Emin Akkoyunlu melodiya və ritmlər sayəsində yuxulara müdaxilənin bütün təfərrüatlarını açıqlayıb.
Yuxular beynin gün ərzində keçirdiyi təcrübələr, qavrayışlar və ya daha çox şey kimi ifadə edilir. Yuxular sirli olaraq qalır, çünki yuxuların altında yatan reallıq və zərurət hələ də elm tərəfindən aydın şəkildə izah edilməyib. Yuxular bəzən insana narahatlıq yaradan kabusa çevrilir. Hər bir insan həyatının bir dönəmində bu vəziyyətlə qarşılaşa bilər.
"Bəzən hündürlükdən yıxıldığınızı və ya bir insanın hücumuna məruz qaldığınızı görürsünüz. Açığı, sinir sisteminiz stress qarşısında 3 şəkildə təşkil olunur. Bunu qaçma, donma və hücum kimi izah edə bilərik. Kabuslarda əsəb sistem bu 3 emosiyanı sınaqdan keçirir və sınayır. Vəziyyət emosional yük yaradır”.
Kabusla yanaşı, yuxu zamanı artan stress səviyyəsi bəzən real fizioloji təsirlərə səbəb ola bilər:
"Yuxu zamanı duyğu yükü stress yaradır. Bu, ürək döyüntüsü, ürək ritminin pozulması və təzyiq kimi vəziyyətlərə səbəb ola bilər. Yuxu zamanı görülən kabuslar da zamanla xroniki hala gələ bilər. Çox tez-tez və ya dövri olaraq kabuslar yuxu pozğunluğu kimi görünür. Bu insanlar yuxuya gedəndə ürək döyüntüsü və ritm pozğunluğu ilə oyanırlar. Bütün bunlar ciddi narahatlıq və gərginlik yaradır".
Yuxu zamanı kabuslu yuxuların qarşısını almaq üçün müxtəlif müalicə üsulları mövcuddur. Bu müalicə üsullarından ən məşhur klassik müalicə üsulu olan psixoterapiyalar bəzi insanlara çox yüksək olmasa da ciddi töhfə verir. Bununla belə, bu mövzuda çox həyəcan verici inkişaflar da var" dedi.
Cenevrə Universitetinin Yuxu Laboratoriyasında isveçrəli psixiatrlardan ibarət bir qrupun apardığı araşdırmalar, kabusların səs terapiyası ilə qarşısının alına biləcəyini ortaya çıxarıb. Tədqiqatda iştirak edən 36 könüllü iki həftə ərzində REM mərhələsində səs çıxara bilən sarğılarla təchiz edilib. İki həftədən sonra hər iki qrupda kabuslar azalıb. Xəyallarının süjeti daha müsbət hala gəlib. Məhəmməd Emin Akkoyunlu bu məsələni belə izah edir.
"Onlar əvvəlcə insanlarda əhval-ruhiyyə və gərginlik yarada bilən yuxuya qulaq asırlar. Əgər bu daimi və oxşar yuxudursa, məsələn, bir kişi onun arxasınca qaçırsa və o, daim yuxuda hündürlükdən yıxılırsa, bunu düzəldəcək stress haqqında müsbət qavrayış yaradırlar. Onu bir şəkildə istiqamətləndirməyə çalışırlar. Melodiya və musiqi ritmi ilə uyğunlaşdırırlar. Çalınan ritmlərdə "Buradan qaç", "O yolu keç" kimi əmrlər verilir.
Yuxularında daima kabuslar görən insanlar uzanarkən qollarına ağıllı bilərzik bağlayırlar. Onu qavra və eşidə bilirlər. Melodiya yuxu zamanı həmin uyğunlaşdıqları qoruma refleksini və qorunma qavrayışını xatırladır. Nticədə insana yuxunu idarə etməyə və stresli vəziyyətlə mübarizə aparmağa dəstək olurlar”.
Yuxulara səs terapiyası ilə müdaxilənin klassik müalicə üsulu olan psixoterapiyadan daha təsirli olduğunu iddia edən Akkoyunlu deyib: "Bu müalicə üsulu ilə yuxuya hakim olmaq və dəyişdirmək, yəni yuxuya müdaxilə etmək mümkündür. Bu səbəblə aparılan araşdırmalar böyük bir inkişafdır. Yuxuya müdaxilə etmək isə bir hadisədir. Hətta elmi-fantastik filmlərin mövzusudur. Ona görə də bu mövzuda araşdırmalar hazırlanır və davam etdirilir”.