Bərdədə baş verən qəzada 3 nəfər ölüb.
Lent.az xəbər verir ki, hadisə bu gün saat 4-5 radələrində rayonun Mehdili kəndi ərazisində qeydə alınıb.
İki "Lada Priora" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib. Onlar 57 yaşlı Ələddin Əliyev və 20 yaşlı Röyal Əliyev, digəri isə 22 yaşlı Səyyad Əliyevdir. Məlumata görə, Röyal Əliyev Ələddin Əliyevin oğludur.
Faktla bağlı araşdırma aparılır.
***
09:29
Bərdədə iki avtomobil toqquşub.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Bərdə rayonunun Mehdili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobillərdə sıxılı vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.