"Mən ona şantajla heç nə aldırmamışam" - Tiktoker "Bəniz" məhkəmədə üsyan etdi
28 oktyabr 2025 12:41 (UTC +04:00)

"Mən ona şantajla heç nə aldırmamışam" - Tiktoker "Bəniz" məhkəmədə üsyan etdi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı Tural Yaqubov çıxış edərək ittiham aktını məhkəməyə elan edib.

A. Xəlilova ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilməyib:

"İstintaq müddətində müstəntiq məni dinləmədi. Ev mənim öz aldığım evdir. O insan Bakıda almağı təklif etdi, o səbəbdən  işinə görə köçməli olduq. Bizim aramızda şantaj və hədə deyilən heç nə olmayıb. Üzümə şahid kimi durdurulan İbadulla və Şöhrətin verdikləri ifadədən belə xəbəri yoxdur, bunlar təzyiqlə alınan ifadələr olublar. Biz oktyabrda ayrılmışıq, noyabrda məndən şikayət edib. Onun məni şantaj etməsinə heç bir əsas olmayıb. Bütün bunları ona təzyiqlə elətdiriblər. Mən ona hədə-qorxu ilə heç nə aldırmamışam, özəl günlərimdə özünün mənə aldığı hədiyyələr olub".

Məhkəmə növbəti prosesi 18 noyabr saat 16:30-a təyin edib.

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

Tiktoker barəsində cinayət işi başlanıb.

A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 750

Oxşar yazılar