Rayonun DYP rəisinə  cinayət işi açıldı
28 oktyabr 2025 14:53 (UTC +04:00)

Rayonun DYP rəisinə cinayət işi açıldı

0

Rusiyada keçmiş yol polisi rəisinə cinayət işi açılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Yamal-Nents Muxtar vilayətinin Tazovsk rayonunda Dövlət Yol Polisi İdarəsinin sabiq rəisi Pavel Çernışev saxlanılıb. O, xidməti saxtakarlıqda ittiham olunaraq məhkəmə qarşısına çıxacaq.

İstintaqın iddiasına görə, o, 2024-cü ildə tanışına məxsus avtomobilin konstruktiv dəyişikliklərdən sonra tələblərə uyğun olduğu barədə Dövlət Avtomobil Müfəttişliyi bazasına məlumat daxil edib. Lakin həmin məlumat gerçək olmayıb. İş məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 782

Oxşar yazılar