Çoxları artıq kriyostimulyasiyanın (son dərəcə aşağı temperaturda kamerada olmağı nəzərdə tutan prosedur) faydaları ilə tanışdır. Yeni araşdırmalar göstərir ki, bu terapiyanın cəmi 5 dəqiqəsi dərin yuxunun miqdarını artıra və narahatlıq səviyyəsini azalda bilər.
Lent.az-ın məlumatına görə, Puatye Universitetinin fransız alimləri bu effekti təsdiqləyən məlumatlar təqdim ediblər.
Onlar qeyd ediblər ki, ən çox nəzərə çarpan nəticələr qadınlarda müşahidə olunur, bu, çox güman ki, hormonal tənzimləmənin xüsusiyyətləri ilə bağlıdır.
Tədqiqatın nəticələri yatmaqda çətinlik çəkən və ya psixi pozğunluğu olan insanlar üçün kriyostimulyasiyanın mümkün faydalarını vurğulayır.
Tədqiqatda beş gün ərzində kriokameraya məruz qalan 20 sağlam könüllü iştirak edib. Onlar xüsusi alt paltarı, qoruyucu əlcək, papaq və corab geyiniblər.
Alimlər belə qənaətə gəliblər ki, soyuğa məruz qalma parasimpatik sinir sistemini aktivləşdirir, yuxu zamanı rahatlamağı yaxşılaşdırır və bərpa hissi yaradır.
Tədqiqatçılar bunun vacib məlumat olduğunu vurğulayırlar, çünki yuxu problemləri çox yayılıb. Dərin yuxu normal bədən funksiyasının, o cümlədən psixi sağlamlığın qorunmasının açarıdır.
Beləliklə, kriostimulyasiyanın müsbət təsirləri bir insanın ümumi vəziyyətini və sağlamlığına müsbət təsir göstərir.