Astronomlar öz ulduzu üçün çox massiv adlandırdıqları unikal planet tapıblar.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, maraqlıdır ki, kəşf edilən planetin kütlələrinin onun ulduzuna nisbəti Yer və Günəşin kütləsindən 100 dəfə böyükdür. Ulduz LHS 3154 adlandırılıb. O, planetimizdən təxminən 50 işıq ili uzaqda yerləşir və öz ulduzuna çox yaxındır, çünki onun orbital dövrü cəmi 3,7 gündür.
Alimlərin fikrincə, bu planetdə maye su ola bilər. O, ölçüsü və tərkibinə görə Günəş sistemimizdəki dörd qaz planetindən ən kiçiyi olan Neptuna bənzəyir. Bu kəşf ən kiçik kütləyə malik ulduzların ətrafında planetlərin əmələ gəlməsi ilə bağlı suallar doğurur. Bundan əvvəl, ümumiyyətlə, qəbul edilirdi ki, belə ulduzlar əsasən yalnız kütləsi Yerə bənzəyən kiçik ölçülü yer planetləri yarada bilər.
Pensilvaniya Dövlət Universitetinin professoru və tədqiqatın həmmüəllifi Suvrat Mahadevan, "Bu kəşf kainat haqqında nə qədər az bildiyimizi vurğulayır" deyib.
Qeyd edək ki, yeni planetlərin kəşfi bəşəriyyətin Kainatdakı yerini anlamaq və kosmos haqqında biliklərimizi genişləndirmək istəyinin mühüm hissəsidir. Xüsusilə, bu cür kəşflər bizə planet sistemlərinin, qalaktikaların və bütövlükdə kosmosun formalaşması haqqında daha çox məlumat əldə etməyə, ulduz sistemlərinin formalaşması və təkamül proseslərini daha yaxşı başa düşməyə, həmçinin bu bilikləri elm və texnologiyanın digər sahələrində tətbiq etməyə kömək edir.