Kişilər qadınlara niyə gül hədiyyə edirlər?
09 oktyabr 2025 13:25 (UTC +04:00)

Kişilər qadınlara niyə gül hədiyyə edirlər?

0

Gül hədiyyə etmək təbii afrodisiakdır, yəni münasibətlərdə həm emosional, həm də psixoloji tarazlığı qoruyan bir vasitədir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, psixoloq Pavel Rakov bildirir ki, bu sadə jest qadını xoşbəxt edir, ailədə münaqişələrin qarşısını alır və dolayısı ilə kişinin həyatına da müsbət təsir göstərir.

Qadın gül aldıqda nə baş verir?

Qadın gül buketi aldıqda onun əhvalı dərhal yüksəlir, beyində sevinc və rahatlıq hormonları (endorfin, serotonin) aktivləşir.

Kişilər isə bunu çox vaxt instinktiv şəkildə sevdiklərini sevindirmək üçün edirlər. Bu, münasibətlərdəki harmoniya üçün “təbii motivasiya”dır.

Qadının pis əhvalı kişiyə necə təsir edir

Psixoloq xəbərdarlıq edir ki, qadın pis əhvalda olanda əsəbi, susqun və gərgin olur. Bu atmosfer kişidə stres yaradır. Daimi gərginlik isə kişinin iş qabiliyyətini və qazanc səviyyəsini azalda bilər. Əgər bu vəziyyət uzun sürərsə, stres dərinləşir və distrəs (xroniki emosional tükənmə) halına çevrilə bilər, nəticədə kişi işini belə itirə bilər.

“Ona görə də sadəcə gül hədiyyə etmək, işsiz qalmaqdan daha asandır”, -  Pavel Rakov vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar