Yayda sürücülər necə geyinməlidir? – 4 vacib qayda
18 iyun 2024 11:27 (UTC +04:00)

Yayda sürücülər necə geyinməlidir? – 4 vacib qayda

Avtomobillə səyahət etməzdən əvvəl nə geyinmək lazımdır? İlk baxışdan bu sual çox da vacib görünmür. Ancaq sürücünün isti yay aylarında seçdiyi paltar və ayaqqabı çox şeyə təsir edə bilər.

Lent.az xəbər verir ki, edilən hər hansı bir səhv sürücünün özünü pis hiss etməsinə və təhlükəli yol vəziyyətinə düşməsinə səbəb ola bilər.

Bəs, yayda avtomobil sürməyi planlaşdıran şəxs hansı qaydalara əməl etməlidir?

Sintetika 

İsti günlərdə sintetik materialdan paltar geyinmək sürücü üçün məsləhət deyil. Belə şeylərdə avtomobili idarə edən şəxs daha çox tərləyəcək. Sintetik materiallı paltarlar bədənə yapışır. Hətta kondisioner də sizi xilas etməyəcək.

Bədən yaxşı nəfəs almalıdır

Kətan, pambıq materiallı geyimlər məsləhətdir. Bu vəziyyətdə sürücü mümkün qədər rahat olacaq. 

Paltar boş olmalıdır

Hərəkətlərinizi məhdudlaşdırmayacaq şeylər seçməlisiniz.

“Vyetnamka” geyinməyin

Avtomobil sürücüsü səyahətə çıxmazdan əvvəl tərlik kimi ayaqqabılar geyinməməlidir.  Belə ayaqqabılarla avtomobili idarə edən şəxs həm özünü, həm də sərnişinlərini təhlükə altına qoyur. Düzdür, yayda yüngül ayaqqabı geyinmək hər kəsin istəyidir. Ancaq çalışıb avtomobil idarə etməyə təhlükə yaratmayacaq ayaqqabılar səçəsiniz. Məsələn, mokasinlər və ya yüngül idman ayaqqabıları. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2634
avatar

Sevinc Fərid

Oxşar yazılar