Yapon şirkəti 10 pişiyi  işə götürdü
11 sentyabr 2024 17:27 (UTC +04:00)

Yapon şirkəti 10 pişiyi işə götürdü

Yaponiyanın İT şirkəti "Qnote" 2004-cü ildə ilk pişiyi Futabanı ofisə götürdükdən sonra o, pişiklərin “işə götürməsinə” müqavimət göstərə bilmədi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətdə hazırda ofisdə işləyən 10 tüklü "işçi" var - onların əksəriyyəti tam iş günü orda olur - və şirkət öz ofisini pişik işçilərini yerləşdirmək üçün təmir edib.

Burada 12 pişik zibil qutusu, həmçinin pişiklərin rahatlığı üçün xüsusi rəflər quraşdırılıb. Bütün pişiklərin rəsmi olaraq öz adları var, məsələn, "baş katib", "menecer", "audit" və "kürsü pişiyi". Pişik şöbəsinin müdiri Futabadır, o, 20 yaşında şirkətdə ən yüksək vəzifəli şəxsdir, hətta İnsan Resursları müdiri Nobuyuki Tsurutanı da qabaqlayır.

Ofis həm də pişiklərlə olmaqdan həzz alan 32 nəfər üçün ideal iş yerinə çevrilib. Özü də pişik həvəskarı olan Tsuruta bir çox işçilərin evdə də pişiklərinin olduğunu və heyvanların yeni işçiləri cəlb etmək üçün təsirli vasitəyə çevrildiyini söyləyib. Onlar həmçinin şirkətin işdən çıxarma nisbətini azaltmağa kömək ediblər. 

"Qnote" vebsayt və proqramların hazırlanması üzrə ixtisaslaşıb və pişiklərə sevgini işə namizədlər üçün əsas tələb hesab edir. Şirkətin saytı pişiklərin fotoşəkilləri ilə doludur. Tsuruta pişiklərin insanların işinə bir az mane olduğunu etiraf etsə də, gecikmələr o qədər də böyük deyil. Ancaq pişiklər ofisdə rahat, ailə atmosferi yaradır. İşçilər könüllü olaraq növbə ilə pişiklərin zibil qablarını dəyişdirir və ofis bağlı olduqda onlara yemək verirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1986
avatar

Fidan İlqar

Oxşar yazılar