Yalan danışmaq  orucu pozurmu?
10 aprel 2023 16:03 (UTC +04:00)

Yalan danışmaq orucu pozurmu?

Gündəlik həyatımızda bir çox mövzuda kiçik və ya böyük yalanlar söyləyirik və ya buna məcbur qalırıq. Bəs, yalan danışmaq orucu pozurmu? 

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, müsəlman hər zaman və hər yerdə haramdan çəkinməli, ibadətlə, xüsusilə oruc tutduğu Ramazan ayında daha diqqətli olmalıdır. 

Oruc tutan şəxs bütün günahlardan çəkinməli və orucun məqsədinə uyğun hərəkət etməlidir. Təbii ki, yalan danışmaqda buna aiddir. 

Hz. Peyğəmbər (s) buyurur: “Hər kim yalan danışmaqdan və yalanla əməl etməkdən çəkinməzsə, Allahın onun yemək-içməkdən əl çəkməsinə ehtiyacı yoxdur”. 

Oruc tutan insan yalandan, yalanla ticarətdən, qeybətdən, pis söz söyləməkdən, qul haqqı yeməkdən, harama baxmaqdan, qumardan və s. uzaq olmalıdır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2001
avatar

Sevinc Fərid

Oxşar yazılar