"Ulduz xəstəliyi":  İnsanlar niyə məşhurlaşmaq  istəyir?
30 may 2024 12:48 (UTC +04:00)

"Ulduz xəstəliyi": İnsanlar niyə məşhurlaşmaq istəyir?

Şübhəsiz ki, hər birimizin ətrafında nəyin bahasına olursa olsun sosial şəbəkələrdə populyarlıq qazanmağa çalışan insanlar var.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzilərin hətta maddi qazanc yox, sadəcə ətrafına müəyyən sayda fanat toplamaq və onların reaksiyasından həzz almaq kifayət edir.

Maraqlıdır, bu nə ilə bağlıdır?

Sosial təcrid

Bəzən insanlar özlərini həddindən artıq tənha hiss edirlər, onların heç bir dostu və ya ən azı bir sevdiyi yoxdur. Sosial şəbəkələrdə bu dostluğu axtarırlar. Mütəxəssislərin fikrincə, hesab nə qədər populyardırsa, maraqlı insanlarla ünsiyyət qurmaq ehtimalı bir o qədər yüksəkdir.

Özünü qiymətləndirmə

Heç kimə sirr deyil ki, özünə hörməti aşağı olan insanlar çox yaygındır. Hər kəs öz kompleksləri və şübhələri ilə düzgün işləməyi bilmir.
Sosial media onlar üçün pərəstişkarlarının təsdiqi ilə özlərinə hörmətlərini artırmaq üçün asan bir yol kimi görünür.

Diqqətin olmaması

Bəzən hətta münasibətdə olan insanlar kifayət qədər diqqət hiss etmirlər. Tərəfdaş iltifat etməyi və xoş sözlər söyləməyi dayandırır. Belə olan halda çoxları problemin öhdəsindən gəlmək üçün sosial şəbəkələrə müraciət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029
avatar

Fidan İlqar

Oxşar yazılar