Tualetdə 6 saat qaldı,  İŞDƏN QOVULDU
02 iyun 2023 13:48 (UTC +04:00)

Tualetdə 6 saat qaldı, İŞDƏN QOVULDU

Çində bir işəgötürən işçini uzun müddət tualetə getdiyi üçün işdən çıxarıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müdir iyul-sentyabr aylarında arasında işçinin uzun müddət yerində olmadığını hiss edib.

Yalnız sentyabrın 7-dən 17-dək olan müddətdə, şirkətin qeydlərinə görə, kişi tualetə 22 dəfə baş çəkib və hər səfər 47-dən 196 dəqiqəyə qədər orada olub.

İşdən çıxarıldıqdan sonra şirkət gecikmə, işdən erkən ayrılma və istirahət vaxtı ilə bağlı qanunları əsas gətirib. İşçi bu qərarla razılaşmayıb və arbitraj məhkəməsinə onun bərpa olunmasını tələb edib.

Nəticədə iş Tyantszin şəhərinin (ÇXR-in mərkəzi tabeliyində olan bələdiyyə) ən yüksək məhkəməsinə çatıb və o, kişinin tələblərini rədd etmək qərarına gəlib. Məhkəmə tualetə belə uzun səfərlərin ağlabatan və normal fizioloji ehtiyaclara uyğun gəlmədiyinə qərar verib.

# 1749
avatar

Fidan İlqar

Oxşar yazılar