Tailandda bir fermada toyuqlara 1 ildir dərman yerinə marixuana yarpaqları verilir.
Lent.az “demotivateur.fr” saytına istinadla xəbər verir ki, fermadakı proses universitetlərdən olan tədqiqatçıların nəzarəti altında reallaşır. Marixuana fermanın ərazisindəki plantasiyada yetişdirilir. Bir ildən çoxdur toyuqlara antibiotik və dərman əvəzinə üyüdülmüş marixuana verilir və nəticələr məlumdur.
Fermada toyuq ölümləri 10%-dən aşağıdır, dərman xərcləri azalıb.